Previous Next
Bağla

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019 10:29
Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

Xeberler.az bildirir ki, bu il Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edir.  Lakin ölkəmiz üçün nəticələr elə də ürəkaçan olmayıb. Digər illərdə olduğu kimi Azərbaycan yarışı medalsız başa vurub.

Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, İT üzrə ekspert Osman Gündüz açıqlama verib. O, uğursuzluğun səbəbini hazırlıq işlərinin yetərli olmamasında görür.

Ekspert bildirib: "2015-ci ildən məlumdur ki İOİ-a Azərbaycan ev sahibliyi edəcək. Buna baxmayaraq 3 il müddətində ciddi hazırlıq görülmədi və yarışlarda uğur qazana bilmədik . Hazırlıqlar yarışa bir il qalmış başlandığı üçün vaxt çox az idi. Əgər ötən il "medalın" bir addımlığlnda olan iştirakçımız yenə də həmin nəticəni göstərirsə demək onun hazırlığının təşkili yetərli olmayıb". 

Osman Gündüz məsələnin kökündə dayanan səbəbləri açıqlayıb.

"Tədris prosesində və ali məktəblərə qəbulda informatikanın rolu düzgün qiymətləndirilməyib, ənənə formalaşmayıb və oturuşmuş informatika məktəbi yoxdur. Biz hamılıqla, hökumət, məktəb, müəllim və valideyn olaraq, şagird 9-cu sinfə çatanda məqəsdyönlü olaraq informatikanın evini yıxırıq. İnformatika 1-ci sinifdən tədris olunur. Aydındır ki? başqa ölkələrdə olduğu kimi bizdə də aşağı siniflərdə informatikaya, texniki-texnoloji sahəyə meylli xeyli uşaqlar olur. Bu uşaqlar 8-ci sinfə qədər İT sahəsi üzrə bilik -bacarıqlarını hər gün təkmilləşdirirək inkişaf edirlər.  9-cu sinifdə isə situasiya dəyişir. Məlumdur ki, mövcud təhsil sisteminə görə 9-cu sinifdə hər bir məktəbdə və hər bir evdə artıq şagirdin hansı ali məktəbə, hansı ixtisas sahəsinə gedəcəyi müəyyən olunur. İT istiqamətdə inkişaf edən uşaqlar da təbii ki İT və Kompüter elmləri üzrə ixtisası seçirlər. Ali təhsil müəssisələrinə qəbul Qaydalarına görə İT və Kompüter ixtisaslarını seçənlər informatikadan deyil kimyadan qəbul imtahanı verməlidirlər. Bu səbəbdən valideynlər və müəllimlər 9-cu sinifdə şagirdin informatika sahəsindəki fəaliyyətini dayandırır. Baxmayaraq ki, uşaq İT sahəsini seçib lakin o bütün vaxtını və enerjisini kimya və digər fənlərə yönəldir. İnformatika isə bir fənn olaraq məktəb üçün, valideyn üçün əhəmiyyətsiz bir predmetə çevrilir". 

"Bu səbəbə görə, 9-cu ildir ki informatika üzrə beynəlxalq yarışlarda uğursuzluq bizi izləyir. Hətta təmayülləşmə xətti də bu sahədə özünü doğrultmayıb. Çünki şagird İT üzrə təmayülləşməni seçsə də, kimyadan qəbul imtahanı “damokl qılıncı” kimi başının üstünü kəsdirib"- deyə Osman Gündüz bildirib.

Sonda ekspert məsələnin həlli yollarından danışıb:

"Məktəbdə, evdə və cəmiyyətdə İnformatikaya münasibəti dəyişməliyik. Bunun yolu isə mütləq şəkildə Ali məktəblərdə qəbulda İT üzrə ixtisaslarda kimyadan deyil informatika fənnindən imtahan salınmasındadır. İnformatika üzrə normal kurikulum sistemi hazırlanmalı və vəsaitlər olmalıdır. Informatika üzrə kadr hazırlığına xüsusi önəm verilməlidir. Dövlət İmtahan Mərkəzi bildirir ki, əgər informatika fənnindən imtahan salınarsa, orta məktəblərdə informatikanın tədrisi zəif olduğu üçün böyük əksəriyyək imtahandan kəsiləcək.  Təhsil Nazirliyi isə qeyd edir ki, informatikadan imtahan salınmalıdır ki, məktəbin və valideynin diqqəti informatikaya yönəlsin. Bu cür yanaşma ilə biz uzağa gedə bilmərik. Hər iki qurum bir araya gəlib problemi həll etməlidirlər. Düşünürəm ki, Dövlət İmtahan mərkəzi imtahan sisteminin dəyişməsinə, Təhsil Nazirliyi isə yeni resursların hazırlanmasına diqqət yetirəcək".



ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Ekspert: Ermənistan revanş məsələsinə lap aşağılardan başlamaq niyyətindədir

11-11-2020

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

İnformatikanın tədrisi nə üçün zəifdir?-Video

14-06-2016

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

23-06-2015

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə