Xəbər verdiyimiz kimi bir müddət öncə ölkədə həyata keçirilən bütün dövlət xidmətlərinin sistemləşdirilmiş, vahid bir Elektron Reyestrinin yaradılması ilə bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana görə Elektron Reyestrin formalaşdırılması məsələsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilib. Məlumat verdiyimiz kimi bu Fərmanla bağlı dövlət orqanlarının həyata keçirdiyi xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədi ilə Dövlət Agentliyində fəaliyyət başlayıb.
Dövlət Agentliyindən Xeberler.az-a məlumat verilmişdi ki, hazırda xidmətlərin Elektron Reyestrinin proqram təminatı hazırlanıb və Reyestrə daxil ediləcək məlumatların sistemə daxil edilməsinə start verilib. Dövlət orqanları tərəfindən daxil edilən bütün məlumatlar yoxlanıldıqdan və təsdiqləndikdən sonra xidmətlərin tam siyahısı formalaşdırılacaq.
“VXSİ Dövlət Agentliyi hazırda qurumlar tərəfindən göstərilən bütün xidmətlərin reyestrini yaradır, sözügedən reyestr yaxın müddət ərzində tamamlanacaq”.
Xeberler.az-ın məlumatına görə, bu barədə Agentliyin innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov agentliyin elektron xidmətlər sahəsində görülən işlərdən danışarkən deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda reysterin hazırlanması tam başa çatacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri