Xeberler.az-ın məlumatına əsasən, Azercell-in sosial şəbəkələrdə (şirkətin Twitter, Facebook və Instagram şəbəkələrindəki rəsmi səhifəsində - red.) yaydığı bəyanatda qeyd edilib ki, Azercell tərəfindən WhatsApp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb: "Qeyd edək ki, Azercell bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır".
Sosial şəbəkə istifadəçiləri tərəfindən bu bəyanat birmənalı qarşılanmayıb.
Bəzi istifadəçilər iddia edir ki, Azercell-in mobil internetindən istifadə edərək WhatsApp-ın zəng funksiyasından yararlanmaq olmur, halbuki, wi-fi-a qoşulan zaman problem aradan qaldırılır. Buna cavab olaraq, şirkətdən bildirilir ki, Azercell bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır.
Digər istifadəçilər də qeyd edir ki, WhatsApp-dan istifadə edərək mesaj yazmaq olur, lakin zəng etmək mümkünsüzdür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri