Ötən həftənin İKT gündəmi nə ilə yadda qaldı?

06-07-2015 / 11:30

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 29-da təqdim etmişdi.

Keçən həftənin İKT sahəsində ən önəmli hadisələrindən biri Startap Azərbaycanın nümayəndələri ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun görüşü oldu.
Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbərliyi, Müşahidə Şurasının rəhbərliyi,  Texnoparkların rəhbərləri, Universitetlərdə fəaliyyət göstərən biznes inkubatorların rəhbərləri, Startap Azərbaycan komandasının üzvləri, startapçılar iştirak ediblər.
Görüş zamanı nazir növbəti qrant müsabiqələrində Startap layihələri üçün ayrılan vəsaitin həcminin artırılacağını da vurğulayıb. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Ötən həftə "Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər" ilə bağlı 6 aylıq hesabat təqdim olunub.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Keçdiyimiz həftə bütün media qurumlarının marağına səbəb olan hadisə Azercell şirkətinin WhatsApp mobil əlavəsinin istifadəsində məhdudiyyətin qoyulması ilə bağlı yayılan məlumat oldu.
Bəzi istifadəçilər iddia edir ki, Azercell-in mobil internetindən istifadə edərək WhatsApp-ın zəng funksiyasından yararlanmaq olmur, halbuki, wi-fi-a qoşulan zaman problem aradan qaldırılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda  WhatsApp  messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və  rabitə administrasiyası ilə ılaqəli olmadığını açıqladı.
Azercell şirkəti WhatsApp mobil əlavəsinin istifadəsində məhdudiyyətin qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Azercell-in sosial şəbəkələrdə yaydığı bəyanatda qeyd edilib ki, Azercell tərəfindən WhatsApp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Hökumətin elektronlaşması sahəsində atılan mühüm addımlardan biri də bütün dövlət xidmətlərinin sistemləşdirilmiş, vahid bir Elektron Reyestrinin yaradılması ilə bağlı prezidentin Fərmanıdır.
Məlumat verdiyimiz kimi bu Fərmanla bağlı dövlət orqanlarının həyata keçirdiyi xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədi ilə Dövlət Agentliyi fəaliyyətə başlayıb.
“Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar Dövlət Agentliyi hazırda qurumlar tərəfindən göstərilən bütün xidmətlərin reyestrini yaradır, sözügedən reyestr yaxın müddət ərzində tamamlanacaq”.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Azərbaycanda İKT-nin inkişafı üçün atılan addımlardan və ötən həftənin sevindiri xəbərlərindən biri də Mingəçevir Texnoparkına rezidentlərin qeydiyyatının başlamasıdır.
Rezidentlərin Mingəçevir YT Parkına müraciətlərinin yaxın bir həftə ərzində qeydiyyatı başlanacaq. Bu Texnoparkın idarəetməsi isə RYTN-in tabeliyində YT Park MMC -yə tapşırılıb.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Ötən həftə “İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının ilk nömrəsi çapdan çıxıb.
Xeberler.az-ın məlumatına görə, “İnformasiya təhlükəsizliyi” jurnalının yaradılmasında məqsəd bu sahədə dövlət siyasətinin həyata keçirilməsində dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, təşkilatların səylərinin səfərbər edilməsi, fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı məsələlərin işıqlandırılmasıdır.
Jurnal haqqında daha ətraflı məlumat buradadır.

Ötən həftə bütün dünyanın diqqət mərkəzində olan Ilk Avropa Oyunları başa çatdı. BAOƏK Avropa Oyunları zamanı telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təchiz edilməsinə görə Əli Abbasova təşəkkür edib.
Tədbirdə çıxış edən BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarının telekommunikasiya, İnternet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edərək nazirə təşəkkürünü bildirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə