İKT Qadınlar Klubu “Summer Camp” tədbirinin məqsədini açıqladı

11-09-2015 / 20:16

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Bakıda “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun “Summer Camp” tədbiri keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, artıq Azərbaycanda qadınların İKT sektorunda məşğulluğuna dair tədbirlər silsiləsinə start verilir.

Tədbirin məqsədi ölkədə İKT sektorunda qadınların məşğulluq səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdan ibarətdir.

“Femmes Digitales” klubundan Xeberler.az-a verilən məlumatda bildirilir ki, tədbirdə o cümlədən  İKT sahəsində necə işə düzəlmək və karyera pillələrində necə inkişaf etməyə dair mövzuları müzakirə ediləcək.
Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsini və onların fikrincə bu sektorda qadınların sayının azlığının əsas səbəbinin nədən ibarət olduğunu, eləcə də qadınların İKT sektoruna marağının artması üçün nə etmək lazım olduğu müzakirə olunacaq.

O cümlədən, ölkənin qabaqcıl təşkilatlarının işçi heyətin yığılması zamanı istifadə etdikləri siyasət və yanaşmaları, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinlikləri, şirkət rəhbərlərinin İKT-də qadınların rolu barədə fikirlərini öyrənməyə çalışılacaq.  

Tədbirdə klubun bütün üzvlərinə prioritet qaydasında yeni vakansiyalar barədə məlumat almaq imkanı yaradılacaq. Namizədin seçilməsində prioritet isə Klubun üzvü olan şəxslərə veriləcək. Bu qəbildən olan ilk vakansiya dünyanın aparıcı IT şirkətlərindən birində ən qısa zamanda elan ediləcək. 

Tədbirin zəngin proqramı rəsmi hissə ilə yanaşı yeni başlayanlar üçün qolf yarışmasının, müxtəlif hədiyyələrin və kollektiv Zumba master-klasının da daxil olduğu əyləncəli hissədən ibarət olacaq.

Qeyd edək ki, tədbirdə iştirak hüququnuzu təmin etmək üçün sentyabrın 17-dək qeydiyyat formunu doldurmaq mütləqdir. Qeydiyyat formunun ünvanı üçün bu linkə daxil olmaq lazımdır.


Tədbirə mətbuat və televiziya nümayəndələri də dəvət olunub.

Daha ətraflı məlumat burada

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.