Previous Next
Bağla

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015 12:32
1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) operatoru olduğu «Elektron hökumət» quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri Azərbaycan və beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətini bu il daha da təkmilləşdirəcək.

Mərkəzin rəhbəri Nail Mərdanov bildirir ki, statistik uçotun aparıldığı tarixdən- 2012-ci ilin dekabrından 2015-ci ilin yanvar ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlara görə, portala ümumilikdə 3 milyon 935 min 775 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 1 milyon 203 min 760 nəfər olub. 

Onun dediyinə görə, 1 milyon 203 min 760 nəfər ümumən 3 milyon 935 min 775 dəfə portala baxıb və 7 milyon 244 min 687 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 15 milyon 843 min 50 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 32 saniyə olub: "Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 30,7 faizini yeni istifadəçilər, 69,3 faizini isə təkrar müraciət edənlər təşkil edib. Yanvar ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 321 min daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 98 min 640 nəfər olub. Həmin şəxslər 1 milyon 285 min 899 olmaqla müxtəlif səhifələrə keçid ediblər, 532 min 785 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 57 saniyə təşkil edib".(hafta.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

13-01-2015

"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013

Portala daxil olanların statistikası açıqlanıb

11-09-2015

“Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

13-11-2015

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015

Portala müraciət edənlərin 21,1 faizi yeni istifadəçi olub

19-12-2015

Bir ay ərzində Portala daxil olanların statistikası açıqlandı

10-08-2015

Portala müraciət edənlərin sayı açıqlandı

18-07-2017

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

“Elektron hökumət” portalından 1,4 mln. nəfər istifadə edib

10-04-2015

Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası var

09-07-2015

Portala müraciət edənlərin sayı 40 milyonu ötdü

07-03-2017

Vətəndaşların ən çox istifadə etdiyi e-xidmətlər-Siyahı

17-02-2017

Portalın hansı xidmətlərindən daha çox istifadə edilir?

29-07-2016

Portala 30 milyondan çox müraciət edilib

13-08-2016

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016

60 saniyədə internet platformalarında nə baş verir ?

18-07-2019

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

13-08-2015

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

İcra hakimiyyəti orqanlarının “Elektron hökumət”ə keçidi niyə ləngiyir?

16-11-2013

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə