Previous Next
Bağla

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019 16:49
Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin növbəti partiyasının satışa çıxarılması barədə elan verib.  

Xeberler.az  bildirir ki, Agentliyin elanında deyilir:

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portal üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

Satış şərtləri və qiymətlər:

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin güzəştlə satışı barədə elan

12-08-2022

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021

Elektron hökumət portalı üzərindən 278 mənzilin alqı-satqısı başa çatıb

10-12-2018

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə