Previous Next
Bağla

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019 18:08
Güzəştli mənzillərin seçimi başa çatıb

Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Xeberler.az bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 12 724 nəfərdir.

Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3 807 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Agentliyinin inzibati binasında yaradılan operativ qərargahda Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

06-12-2024

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Sabah sosial mənzillər satışa çıxarılır - Hansı problemlər var?

24-01-2019

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fərman verib

15-01-2019

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə