Previous Next
Bağla

2-ci ABB Regional Hakatona start verilib

05-07-2021 15:06
2-ci ABB Regional Hakatona start verilib

2 iyul tarixində Azərbaycan Beynəlxalq  Bankının təşkilatçılığı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə keçirilən 2-ci ABB Regional Hakatonunun açılışı olub. Hakatonda iştirak üçün Azərbaycandan başqa 13 ölkədən müraciətlər təqdim edilib. Müraciəti qəbul olunan 250-ə yaxın iştirakçıdan 30-dan çox komanda formalaşdırılıb. Hakatona Türkiyədən, Gürcüstandan, Ukraynadan, Qazaxıstandan, Rusiyadan, Kanadadan, Almaniyadan, Macarıstandan, Çindən, Hindistandan, Cənubi Afrika Respublikasından, Belçikadan, Lüksemburqdan iştirakçılar qatılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Hakatonda ayrı-ayrı ölkələrdən olan müxtəlif təhsilli insanlara iştirak imkanının yaradılmasını təqdir edərək vurğulayıb ki, müxtəliflik innovativliyin vacib amilidir. Nazir innovativ mühitin üç qatdan ibarət piramida kimi təsəvvür edildiyini diqqətə çatdırıb. Sağlam idarəetmə  sistemi, elm və texnologiyalara əsaslanan sənaye və  real biznes problemlərini həll edən ixtiralar, eləcə də davamlı startap ekosistemi bu piramidanın mühüm qatlarıdır: “Belə bir Hakatonun keçirilməsi təşəbbüsü innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaqla yanaşı, ölkəmizdə innovasiya ekosisteminin inkişafına da təkan verir. Həm problemlərin həllinə bu yanaşma, həm də tədbirin əsasını təşkil edən ana xətt Azərbaycanda innovasiyaya baxışımızla üst-üstə düşür”. Rəşad Nəbiyev Azəbaycan Beynəlxalq Bankı ilə bu cür faydalı layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə qeyd edib ki, bu ideya marafonu Bankın ölkəmizdə innovasiyaların inkişafı istiqamətində gördüyü işlərin tərkib hissəsidir: "Ötən ilin əvvəlində ilk ABB Regional Hakatonunu uğurla keçirdik. Hakatonda iştirak edən komandalardan bir neçəsini sonradan yaratdığımız ABB İnnovasiya Mərkəzinə də cəlb etdik. Onlar Mərkəzimizin ilk rezidentlərindən oldular. Əminəm ki, ikinci hakatonumuzun bir çox iştirakçıları ilə də elə bu gündən uzunmüddətli faydalı tərəfdaşlıqlarımız başlanacaq. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman istedadların yanındayıq".

Abbas İbrahimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq ruhunu özünün əsas korporativ dəyərlərindən kimi müəyyənləşdirib. Sahibkarlıq ruhuna sahib hər kəs həmişə inkişaf üçün yeni imkanlar axtarışındadır: “Biz də innovasiyaları bugünkü və gələcək fəaliyyətimiz üçün böyük imkanlar kimi görürük. İstedadlara dəstək verərək, tərəfdaşlarımızla birgə ümumi inkişaf ekosistemi quraraq bu məqsədə nail olmaq istəyirik”.

2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq.
Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin  qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.

İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2-ci Regional Hakatona qeydiyyat başlanıb

04-06-2021

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021

Azərbaycan Beynəlxalq Bankı İnnovasiya Mərkəzi yaradır

03-06-2020

İnvestorlar üçün real startap fürsətləri

20-02-2021

Riyaziyyat Yarışmasının qalibləri seçildi

07-02-2023

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

28-04-2025

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

22-10-2018

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

01-11-2024

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

24-12-2024

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

13-12-2024

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

22-10-2024

“İlin bankı” ABB olub

04-12-2025

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

13-05-2025

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçilib

21-02-2025

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

02-09-2024

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026

İnnovasiyalar Agentliyi bank sektorunda innovativ həlləri müzakirə edib

30-08-2019

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə