Previous Next
Bağla

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021 20:09
İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

Azərbaycan Beynəlxalq Bankının təşkil etdiyi 2-ci ABB Regional Hakatonu başa çatıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən ideya marafonuna, həmçinin “Amazon Web Services”, “DAN.IT” və “Next Step” şirkətləri də dəstək olub.

Xeberler.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, dünyanın 13 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə iştirakçılar həm fərdi, həm də komandalar şəklində qeydiyyatdan keçiblər. Hakaton onlayn formatda keçirilsə də, arzu edən komandalara ABB İnnovasiya Mərkəzinin ofisində birgə çalışmaq üçün şərait yaradılıb. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş peşəkar mentorların dəstəyi ilə 48 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar.

Hakatonun əsas istiqamətləri pərakəndə bankçılıq sahəsini əhatə edib. Münsiflər Heyətinə innovativ həllərlə bağlı yarımfinala vəsiqə qazanan 10 ən yüksək xal toplamış layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini onlayn şəkildə nümayiş etdiriblər. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşib. Hakatonda 1-ci yeri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təmsilçilərindən ibarət “MSU_WishMasters” komandası tutub. Onlar “ABB Market” layihəsi ilə qalib olublar. Layihə müştəri loyallığı sisteminin qurulmasını, pərakəndə xidmətlər üzrə müxtəlif analitik alətlərin və həyatı asanlaşdıran digər özəlliklərin veb-platformasına köçürülməsini nəzərdə tutur. İkinci yerə “Access Denied” komandası çıxıb. Bu komandanın irəli sürdüyü “All win” layihəsi riteyl xidmətləri bir araya gətirərək müştəri məmnunluğuna xidmət edir. Üçüncü yerin qalibi isə hakatona Cənubi Afrika Respublikasından qatılmış “VimDev” komandası olub. Bu komandanın “One way” adlanan layihəsi ödəniş metodlarının mobil tətbiqə köçürülməsi ilə alış-verişi daha da sadələşdirir.

Hakatonun şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat məbləğində mükafat verilib. 2-ci yerin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi mükafatına da layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
2-ci Regional Hakatona qeydiyyat başlanıb

2-ci Regional Hakatona qeydiyyat başlanıb

04-06-2021
2-ci ABB Regional Hakatona start verilib

2-ci ABB Regional Hakatona start verilib

05-07-2021
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
Riyaziyyat Yarışmasının qalibləri seçildi

Riyaziyyat Yarışmasının qalibləri seçildi

07-02-2023
TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016
Gender bərabərliyi hakatonu keçiriləcək

Gender bərabərliyi hakatonu keçiriləcək

11-01-2021
Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023
BANM kibertəhlükəsizlik yarışında qalib oldu

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
Startap Günləri başa çatdı

Startap Günləri başa çatdı

30-06-2018
Global Virtual Hackathon müsabiqəsinin qalibləri müəyyənləşib

Global Virtual Hackathon müsabiqəsinin qalibləri müəyyənləşib

13-04-2020
BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

05-10-2024
Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib - FOTO

Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib - FOTO

09-01-2023
Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

02-11-2017
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
NASA Space Apps Azerbaijan hakatonunun qalibləri müəyyənləşib

NASA Space Apps Azerbaijan hakatonunun qalibləri müəyyənləşib

21-10-2019
Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

08-12-2025
Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020
Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024
"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024
 Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025
"Aquahack" hakatonunun qalibləri müəyyənləşib

"Aquahack" hakatonunun qalibləri müəyyənləşib

07-07-2020
Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

28-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə