Cisco şirkəti 2015-ci il üçün kibertəhlükəsizlik üzrə yeni hesabat dərc edib. Sənədə görə, ötən il kibercinayətkarlar xeyli aktivləşib, Belə ki, hakerlər məxfi məlumatları oğurlayıb, qurbanlardan pul alıb və serverlərin gücündən istifadə ediblər.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, 2014-2015-ci illərdə XSS boşluqların sayı əhəmiyyətli dərəcədə azalıb, CSRF boşluqları isə, əksinə, çoxalıb.
Mütəxəssislər Adobe Flash platformasının təhlükəsiz olmamasını etiraf edərək hazırda kibercinayətkarların istifadə edə biləcəkləri imkanların qarşısını almaq üçün tədbirlər görürlər.
Sənəddə, həmçinin təhlükəsizlik üçün böyük təhdidlər törədən bütün boşluqlar sadalanıb.
Cisco-nun məlumatına görə, təşkilatlar informasiyanı qovşaqlar arasında göndərən zaman şifrləmədə müəyyən uğurlar qazanıblar, lakin bəzən saxlanılan məlumatlar mühafizə olunmur. Son bir neçə ildə baş verən əksər genişmiqyaslı insidentlər məhz məlumat emalı mərkəzləri və digər daxili sistemlərdə saxlanılan şifrlənməmiş məlumatlarla əlaqədardır.
2015-ci ildə cinayətkarlar daha çox reklam, fişinq, casus kimi zərərli proqram təminatı növlərindən istifadə ediblər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri