Previous Next
Bağla

Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

14-03-2020 17:58
Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

Kibercinayətkarlar bu dəfə bütün dünyanı təşvişə salan sağlıq problemi – koronavirusdan istifadə edir. İnsanların sağlamlıqları ilə bağlı narahatlıqlarından sui-istifadə edən bu kiberhücum növü onları tələyə düşməyə vadar edir.

Xeberler.az bildirir ki, tədqiqatçılar koronavirusla əlaqəli sənədlərdə çox sayda zərərli fayl aşkar ediblər. Həmin zərərli fayllarda koronavirusdan qorunma yollarına dair təlimatlar və virusu aşkar etmə üsullarına dair məlumat verildiyi iddia edilsə də, əsl məzmun tamamilə fərqlidir. Bu fayllar istifadəçilərin cihazlarını hədəfə alan kibertəhdidlər ehtiva edir.

Bəzi zərərli fayllar e-poçt üzərindən göndərilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən göndərildiyi iddia edilən bir sənəddə koronavirus qurbanlarının siyahısının verildiyi bildirilir.

Bu cür e-poçt faylına əslində digər zərərli faylları gizli olaraq yükləmək üçün istifadə olunan troyan virusu yerləşdirilir. Başqa bir casus proqram isə yoluxmuş cihazda şifrlər və digər fərdi məlumatları toplayaraq kibercinayətkara göndərir.

Başqa bir e-poçtda tibbi maska və oxşar gigiyenik məhsullar göndəriləcəyi və ya saxta peyvəndlər haqqında məlumat veriləcəyi bildirilərək istifadəçilərdən keçidlərə daxil olmaq istənilir. İstifadəçilər həmin keçidlərə daxil olduqda, fişinq saytlara yönləndirilir. Bu məlumatlar isə kibercinayətkarların əlinə keçir.

Göründüyü kimi, dünyanı narahat edən koronavirus mövzusundan sui-istifadə edən kibercinayətkarların məqsədi fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır.

Əlbəttə ki, hər kəs ətrafının sağlamlığına görə narahat olduğu üçün bu kimi zərərli proqram ehtiva edən mətn, səs, videofaylları sevdikləri ilə paylaşır ki, bu da daha çox insanın qurbana çevrilmə ehtimalını artırır. Bu isə öz növbəsində bütün fərdi məlumatlarımızın, kredit kartı məlumatlarımız, fotoşəkillərimiz, digər önəmli qeydlərimizin risk altında qalması deməkdir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi kibertəhdidlərə qarşı tədbirli olmağa və ayıq davranmağa çağırır. Bilinməyən mənbədən gələn e-poçt, mesaj, səs və videoları açmamağı, şübhəli keçidlərə daxil olmamağı və yalnız rəsmi mənbələrdən verilən informasiyaya etibar etməyi tövsiyə edir.

Eyni zamanda, böyük həcmli həssas məlumatlarla işlədiklərini və risk faktorunun daha yüksək olduğunu nəzərə alaraq, müəssisələr də bu kimi kiberhücumlara qarşı hazırlıqlı olmalı və öz əməkdaşlarını bu risklər barədə məlumatlandırmalıdır.

E-poçt üzərindən fişinq kampaniyasından sonra bədniyyətlilər insanların koronavirusla bağlı qorxularından sui-istifadə etmək məqsədilə hədəf olaraq koronavirus xəritələrini seçib. Bir çox təşkilatlar, o cümlədən Con Hopkins Universiteti tərəfindən ölkələr üzrə koronavirusla bağlı ən son statistik məlumatları insanlarla paylaşmaq məqsədilə koronavirus xəritələri/məlumat lövhələri yaradılıb.

Tədqiqatçılar bildirir ki, kibercinayətkarlar tərəfindən istifadəçi adları, şifrlər, kredit kartı nömrələri və istifadəçilərin brauzerində saxlanılan digər fərdi məlumatların ələ keçirilməsi üçün bu xəritələrin saxta versiyaları hazırlanıb. Əsl koronavirus xəritələrinin əksinə, bu saxta saytlar istifadəçilərdən ən son yoluxma hallarından və statistik məlumatlardan xəbərdar olmaq üçün tətbiq yükləmələrini istəyir. İstifadəçinin kompüterini yoluxdurması üçün tətbiqin quraşdırılmasına belə ehtiyac yoxdur, təkcə yüklənilmə kifayət edir.

Bu saxta koronavirus xəritələri “AZORult” adlanan zərərli proqramın funksionallığından istifadə edir. Bu zərərli proqram 2016-cı ildə kəşf edilib və axtarış tarixçəsi, kukilər, şifrlər, kart məlumatları və digər məlumatları ələ keçirmək, həmin məlumatları kibercinayətkarlar tərəfindən idarə olunan C2 serverinə köçürmək üçün
istifadə edilir. Bu proqram, həmçinin yoluxmuş cihazlara əlavə zərərli proqram yükləməyə imkan verir.

Əsl koronavirus xəritələrinin məlumat bazasından istifadə etməsinə baxmayaraq, əslində bu cür saxta saytları müəyyən etmək asandır. Saxta saytlar çox vaxt koronavirus xəritələrindən fərqli URL-dan istifadə edir və istifadəçilərdən xüsusi tətbiq yükləməyi tələb edir.

Bu növ kiberhücumun qurbanına çevrilməmək üçün istifadəçilərə tövsiyə olunur ki, koronavirusla bağlı məlumat almaq üçün yalnız təsdiq edilmiş xəritələrə müraciət etsinlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib

11-06-2026
NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020
ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025
Nazirlik: Adımızdan saxta məktublar göndərilir

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020
.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022
AKTA: Hesabınız ələ keçirilə bilər

AKTA: Hesabınız ələ keçirilə bilər

23-12-2024
Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
“Azərpoçt” adından dələduzluq halları davam edir

“Azərpoçt” adından dələduzluq halları davam edir

11-03-2025
“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022
ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

26-05-2026
Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb

Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb

18-11-2021
LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

01-04-2026
Azərbaycanda 548 sayt təhlükəsizlik səbəbindən bloklanıb

Azərbaycanda 548 sayt təhlükəsizlik səbəbindən bloklanıb

15-01-2026
Kibercinayətkarlar Android cihazlarını Anubis bank troyanı ilə yoluxdururlar

Kibercinayətkarlar Android cihazlarını Anubis bank troyanı ilə yoluxdururlar

08-02-2020
ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

ETX: Yerli təşkilatlardan birinə aid veb-resursa kiberhücum edilib

10-04-2026
ETX: “Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir

ETX: “Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir

05-12-2025
Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

12-03-2025
Elektron Təhlükəsizlik Xidməti xəbərdarlq edib: Bank kartlarından pul oğurlana bilər

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlq edib: Bank kartlarından pul oğurlana bilər

27-08-2024
Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

14-01-2026
NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

29-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə