Previous Next
Bağla

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018 14:36
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab şirkətinin hesabatına əsasən, Microsoft Office üçün eksploitlər – proqram təminatındakı boşluqlar vasitəsilə edilən hücumlarda istifadə olunan zərərli proqramlar – 2018-ci ilin birinci rübündə ən geniş yayılmış kibertəhlükələrdən birinə çevrilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, ümumilikdə, ofis proqramlarının virusa yoluxmuş sənədlərindən əziyyət çəkən istifadəçilərin sayı 2017-ci ilin ilk rübü ilə müqayisədə 4 dəfə artıb.

Cəmi 3 ay ərzində Microsoft Office üçün olan eksploitlərin payı 50%-dək artıb ki, bu da ötənilki göstəricidən 2 dəfə çoxdur. Azərbaycanda bu tip zərərli proqram təminatı ilə cari ilin birinci rübündə hər 100-cü istifadəçi rastlaşıb (1%).

Eksploitlərlə olan xaker hücumları çox təhlükəli hesab olunur, belə ki, onlar istifadəçi ilə əlavə kontakta girmir və zərərli kod nəzərə çarpmadan daxil edilir. Onlardan qanunsuz gəlir mənbəyi axtarışında olan kibercinayətkarlar, həmçinin, pis məramda olan hökumət subyektləri istifadə edirlər.

İlk olaraq cinayətkarlar proqram təminatında mövcud olan boşluqları aşkarlayırlar ki, bu da onlara zərərli proqramı sistemə ötürüb, quraşdırmağa imkan verir. Daha sonra onlar cihaz sahiblərinə sayta daxil olmaq və ya hər hansı bir faylı açmağı təklif edərək onlardan xəbərsiz şəkildə zərərli kodu daxil edirlər. Digər halda isə bir qayda olaraq eksploitlərin ötürülməsi prosesi fişinq məktubları və spamlar vasitəsilə həyata keçirilir.

2018-ci ilin birinci rübündə hücumlar üçün istifadə olunan bu tip zərərli proqramların bölgüsündə ciddi dəyişikliklər baş verib. Məşhur proqram təminatı Microsoft Office üçün nəzərdə tutulmuş eksploitlərin sayı kəskin şəkildə artıb. Kaspersky Lab şirkətinin ekspertləri tərəfindən ofis proqramlarında ötən il sadəcə “Adobe Flash” proqramında aşkarlanan qədər müxtəlif növ boşluqlar tapılıb.

Flash-eksploitlərin isə payı əksinə olaraq azalmaqdadır: 2018-ci ilin ilk rübü üzrə hazırlanan hesabata əsasən, bu göstərici 3%-dən də azdır. Bu, Adobe və Microsoft şirkətlərinin Flash Player proqramından yanlış istifadənin azaldılması üçün sərf etdikləri əməyin nəticəsidir.

“Birinci rübdə təhdidlər landşaftı onu göstərir ki, ən önəmli kibertəhlükələrdən biri də yenilənmələrə ayrılan diqqətin azlığıdır. Proqram təminatı yaradıcıları adətən boşluqları aradan qaldıran patçlar buraxır, istifadəçilər isə vaxtlı-vaxtında həmin məhsulları yeniləmirlər. Boşluqlar haqqında informasiya kibercinayətkarlar aləmində geniş yayılan zaman isə gizli və yüksək təsirli hücumlar dalğası başlayır”, - deyə Kaspersky Lab şirkətinin evristik aşkarlama qrupunun rəhbəri Aleksandr Liskin bildirib.

Eksploitlər vasitəsilə edilən hücumların qarşısını almaq üçün cihazlara quraşdırılmış proqram təminatını vaxtlı-vaxtında yeniləmək və informasiya təhlükəsizliyi məsələlərində güvənilən istehsalçıya müraciət etmək lazımdır. Kaspersky Lab şirkətinin həlləri xüsusi texnologiyalardan istifadə edir, o cümlədən “Eksploitlərdən avtomatik müdafiə” həlli.

Bütün bunlarla yanaşı, Kaspersky Lab şirkətinin ekspertləri aşağıdakı nəticələrə gəliblər:

  • 2018-ci ilin ilk rübündə 1 322 578 zərərli quraşdırma paket aşkarlanıb ki, bu da ötən rübdən 11% azdır.
  • Hücuma məruz qalmış mobil istifadəçi payına görə birinci yeri Çin (34%), ikinci yeri – Banqladeş (28%), üçüncü yeri isə Nepal tutub (27%).
  • 18 912 mobil bank troyan paketləri aşkarlanıb ki, bu göstərici 2017-ci ilin dördüncü rübündən 1,3 dəfə çox, digər quraşdırılmış 8 787 mobil troyan fırıldaqçı paketləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, 2017-ci ilin ikinci rübü ilə müqayisədə 22 dəfə azdır.
  • Orta hesabla rüb ərzində dünyada internet istifadəçilərinin kompüterlərinin 24%-i ən azı bir dəfə zərərli proqram təminatı hücumuna məruz qalıb.

 

Kaspersky Lab şirkətinin tam hesabatı burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

430 milyondan çox unikal təhlükəli proqram nümunəsi aşkar edilib

13-04-2016

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə