Previous Next
Bağla

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025 13:03
28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

Bu gün dünyada Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Günümüzdə bütün sahələrdə informasiya texnologiyaları geniş tətbiq olunur, proseslər avtomatlaşdırılır. Müxtəlif təyinatlı informasiya sistemlərində böyük həcmdə fərdi məlumatların toplanması və işlənməsi şəxslərin fərdi məlumatlarının mühafizəsi üçün hüquqi, texniki və təşkilati tədbirlərin görülməsini labüd edir.

Xeberler.az məlumat verir ki, 1981-ci ildə məhz yanvarın 28-də Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edib. Bu günün qeyd olunmasında məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən subyektlərinin hüquqlarına diqqəti cəlb etməkdir.

Azərbaycan Avropa Şurasının həmin konvensiyasına 2009-cu ildə qoşulub. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Ölkəmizdə beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə hüquqi islahatlar davam etdirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər məsul dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli işçi qrup formalaşdırılıb, qanun layihəsi hazırlanıb.

Fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir. 25 may 2018-ci il tarixində Avropa İttifaqının Ümumi Məlumatın Mühafizəsi Qaydaları (GDPR) qüvvəyə minib. Ölkəmizdə də beynəlxalq təcrübəni nəzərə almaqla fərdi məlumatların qorunması istiqamətində bir sıra hüquqi islahatlar aparılır.

Fərdi məlumatlarınızın mühafizəsinin gücləndirilməsi üçün tövsiyə olunur:

- Şəxsiyyət vəsiqəsi, bank kartı və əlaqə məlumatlarınız kimi fərdi məlumatlarınızı tanımadığınız şəxs və ya şəxslərlə, həmçinin sosial media hesablarınızda paylaşarkən diqqətli olun;

- Şübhəli keçidlərə daxil olmayın və tanımadığınız nömrələrdən gələn zənglərə və mesajlara cavab verməkdən çəkinin;

- Rəsmi qurum, təşkilat və ya şirkətlərin sizdən telefon zəngi vasitəsilə müxtəlif fərdi məlumatlar tələb etməyəcəyini unutmayın;

- İstifadə etdiyiniz proqramların və sosial media hesablarının məxfilik parametrlərini diqqətlə nəzərdən keçirin;

- Fərdi məlumatlarınızın yer aldığı hesablarınıza məxsus şifrələrinizi gücləndirin: şifrə idarəetmə tətbiqləri ilə (məs., “Google Password Manager”, “LastPass”, “1Password” və s.) güclü, unikal və təsadüfi şifrələr yaradın. Eyni zamanda, mütəmadi olaraq şifrələrinizi yeniləyin.

Elektron poçt, bank və sosial şəbəkə hesablarınızda ikimərhələli təsdiqləmədən (2FA) istifadə edin. Ən son təhlükəsizlik parametrlərinə sahib olmaq üçün cihazlarınızda proqram təminatı yeniləmələrini gecikdirməyin;

- Təhlükəsizlik bildirişlərinin əlçatanlığını yoxlayın, çünki bu bildirişlər sistem xətalarını əvvəlcədən müəyyən edərək aradan qaldırmağa kömək edir;

- Lisenziyalı antivirus və “anti-malware” proqramlarından istifadə edin. Cihazlarınızı zərərli proqramlardan qoruyun ki, şəxsi məlumatlarınız təhlükəyə düşməsin;

- Şifrəsiz ictimai “Wi-Fi” şəbəkələrindən istifadə edərkən ehtiyatlı olun və cihazlarınızda şəbəkəyə avtomatik qoşulma funksiyasını deaktiv edin.

- Cihazınızda “Bluetooth”u istifadə etmirsinizsə, söndürülmüş vəziyyətdə saxlayın;

- İtirilmə, silinmə, bloklanma və ya dəyişdirilmə hallarında məlumatlarınızı bərpa edə bilmək üçün hər zaman məlumatların ehtiyat nüsxələrini yaradın;

Məlumatlarınızın təhlükəsiz bulud xidmətində və ya xarici yaddaş qurğularında saxlanılması onların bərpa olunması zamanı kömək olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022
AKTA: Hesabınız ələ keçirilə bilər

AKTA: Hesabınız ələ keçirilə bilər

23-12-2024
Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023
AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025
Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010
Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

29-07-2025
İş yerində fərdi məlumatlarınızı necə qoruya bilərsiniz?

İş yerində fərdi məlumatlarınızı necə qoruya bilərsiniz?

08-08-2023
Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

12-06-2023
Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

"Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır"

22-06-2023
Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023
Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023
Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

23-04-2015
ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025
İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

17-08-2023
NRYTN və “AmCham” arasında videotədbir keçirilib

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

20-08-2020
Niderlandın bir neçə qurumunun əməkdaşlarına kiberhücum edilib

Niderlandın bir neçə qurumunun əməkdaşlarına kiberhücum edilib

07-02-2026
2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə