Previous Next
Bağla

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016 21:10
Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə treninq keçirilib.

Xeberler.az bildirir ki, tədbir “Yaxşı İnternet üçün öz töhfəni ver” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusuna həsr olunub.

Treninqin  məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndiməni genişləndirilmək, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır.

Tədbir nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirlib. Tədbirə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdə fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzləri onlayn video-konfrans vasitəsilə qoşulublar.

Tədbirdə RYTN-in  Elektron Təhlükəsizlik Mərkəzi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məruzə ilə çıxış ediblər.

“Təhlükəsiz internet günü”  Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “INSAFE” tərəfindən 2004-cü ildə təsis edilib və hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü qeyd edilir. Məqsəd bütün dünyada gənclər və uşaqlar arasında İnternetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaqla sahə üzrə maarifləndirməni həyata keçirməkdir. Bu beynəlxalq tarix isə RYTN tərəfindən 2010-cu ildən etibarən qeyd olunur.   

Qeyd edək ki, “Fərdi məlumatların mühafizəsi günü” isə Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən hər il 28 yanvar tarixində bütün dünyada qeyd edilir. Əsas məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaq, habelə şəbəkə istifadəçilərini onların virtual və real həyatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə təlimatlara riayət etməyə çağırmaqdır.

Belə ki, məhz bu gün - 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən Strasburq şəhərində “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Azərbaycan da sözügedən Konvensiyaya qoşulub. Bu beynəlxalq tədbir RYTN tərəfindən 2011-ci ildən etibarən keçirilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020
Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023
28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
Təhlükəsiz internetlə bağlı təlimlər başa çatıb

Təhlükəsiz internetlə bağlı təlimlər başa çatıb

14-03-2016
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020
“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
1200 müəllim və şagirdə internetdən təhlükəsiz istifadə təlimi keçirilib

1200 müəllim və şagirdə internetdən təhlükəsiz istifadə təlimi keçirilib

10-02-2021
AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019
Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

30-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə