“3G”nin “Azerfon”a verilməsi kobud qanun pozuntusudur”

25-12-2009 / 17:09

Osman Gündüz: \"Xidmət \"Azerfon\"a heç bir müsabiqə keçirilmədən, şirkətlərin biznes planlarına baxılmadan verilib\".

“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3G xidmətlərinin göstərilməsi üçün “Azerfon” MMC-yə lisenziyanın verilməsi zamanı kobud qanun pozuntularına yol verib”. Bunu jurnalistlərə açıqlamasında Milli İnternet Forumunun sədri Osman Gündüz bildirib.

O, qeyd edib ki, “Azerfon” şirkətinə lisenziya verilərkən bəzi məqamlar nəzərə alınmalı idi. “Mən hesab edirəm ki, heç bir müsabiqə keçirilmədən, şirkətlərin biznes planlarına baxılmadan, ölkədəki rəqabət mühitinə diqqət yetirilmədən “Azerfon”a 3G xidmətlərinin göstərilməsi üçün lisenziya vermək qanunvericiliyə zidd addımdır”.

 O.Gündüz vurğulayıb ki, dünya ölkələrinin təcrübəsində 3G xidmətlərinin göstərilməsi üçün lisenziyalar verilən zaman yuxarıda qeyd olunan məqamlara xüsusi önəm verilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə