Previous Next
Bağla

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016 16:28
45 min əcnəbiyə elektron turist vizası  verilib

2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb.

Bu barədə Xeberler.az-a  Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cüilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.

Qeyd edilib ki, bu sistemin yaradılmasına məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır.

, Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir.

Məlumata görə, hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.

Elektron turist vizasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir.

Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir. Qeyd olunan siyahı ilə buradan tanış ola bilərsiniz. 

Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, Email və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsi ilə elektron turist vizasını əldə edə bilirlər. Qeyd etmək istəyirik ki, elektron turist vizası pasporta yapışdırılmır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

Elektron viza məsələsində problemlər var

14-07-2015

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009

Azercell əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün “Turist” tariflərini təqdim edir

18-07-2023

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Aya ilk turist göndərilir

21-02-2018

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

Virtual müsabiqənin qalibləri məlum oldu

26-10-2010

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015

Portaldan daha bir yenilik

05-11-2016

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024

Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

22-02-2016

Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin veb saytları hazırlanır

07-08-2009

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir

09-10-2024

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə