Previous Next
Bağla

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016 12:18
Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

Dünən  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Holiday inn Baku" hotelində elektron turist vizalarının rəsmiləşdirilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Xarici İşlər Nazirliyinin Viza şöbəsinin müdiri Elmar Qədimov, Dövlət Miqrasiya Xidmətinin informasiya sisteminin baş inspektoru Hüseyn Bədəlov, həmçinin ölkəmizdə gəlmə turizmi sahəsində ixtisaslaşmış və elektron turist vizaları vermək hüququ olan 56 turizm şirkəti iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov  bildirib ki, tədbirin əsas məqsədi ölkəmizdə gəlmə turizminin mövcud vəziyyəti, problem və perespektivləri, elektron viza sisteminin tətbiqinin bu sahənin inkişafına təsirinin müzakirə edilməsidir:

“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq 2013-cü ilin 15 mart tarixindən ölkəmizə turizm məqsədilə gələn turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Həmçinin Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib. Elektron turist vizalarının verilməsi sisteminin işə düşməsindən sonra Avropadan ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Hal-hazırda elektron vizaların verilməsi ən geci 10 iş günündə həyata keçrilir. Bu müddətin 5 iş gününə kimi azaldılması üçün Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi birgə Nazirlər Kabinetinə təkliflər göndərib. Bunula bağlı yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik olunacaq".

Bəxtiyar Qılıncov bildirib ki, elektron viza sistemi fəaliyyətə başladığı gündən bu vaxtadək akkreditasiyadan keçmiş 56 turizm şirkəti tərəfindən 47477 turist üçün elektron viza rəsmiləşdirilib.

Onun sözlərinə görə,  Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına  fevralın 1 –dən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Xarici İşlər Nazirliyinin viza şöbəsinin müdiri Elmar Qədimov elektron viza sisteminin fəaliyyətindən danışaraq bu sahədə turizm şirkətlərinə bir sıra tövsiyələr də verib.  O qeyd edib ki, 2015-ci ildə  turizm şirkətləri tərəfindən 24872 xarici turistə elektron viza verilib.

Onun  sözlərinə görə, ötən il noyabrın  1-dan  noyabr etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilib. Həmin vaxtdan bu günə kimi 3 min nəfərdən çox Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı ölkəmizə turist səfəri edib.

Daha sonra turizm şirkətlərinin nümayəndələri üçün elektron vizaların rəsmiləşdirilməsi məsələləri ilə bağlı treninq keçirilib. Elektron viza verlişi zamanı ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları izah olundu. Sonda turizm şirkətlərinin nümayəndələrini marağlandıran suallar cavablandırııb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Elektron viza məsələsində problemlər var

14-07-2015

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

XİN vizaların sadələşdirilməsi ilə bağlı yeni təkliflərini təqdim edəcək

14-07-2015

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə