İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə yaradılan dördüncü sənaye inqilabı texnologiyalarının sahəvi icmalarının “Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” mövzusunda növbəti “4Sİ Müzakirə Platforması” görüşü baş tutub.
Xeberler.az məlumat verir ki, görüşdə Səhiyyə texnologiyaları (Healthtech), Maliyyə texnologiyaları (Fintech) və Süni intellekt icmasını əhatə edən 40 ekspert iştirak edib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bildirib ki, “4Sİ Müzakirə Platforması”nın yaradılmasında məqsəd dördüncü sənaye inqilabı texnologiyalarının inkişafı, tətbiqi və təkmilləşməsində ortaq maraqlar ilə əlaqəli fərdlərin, ekspertlərin və bizneslərin bir araya toplanması, əməkdaşlıq, bilik və təcrübə mübadiləsini asanlaşdırmaqdır.
Sonra platformaya yeni qoşulan fintech, süni intellekt və healthtech startaplarının innovativ həlləri təqdim edilib.
Tədbir “Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” mövzusunda vörkşop sessiyası ilə davam edib. Vorkşopda müxtəlif sektorları təmsil edən peşəkarlar bu istiqamətdə öz təkliflərini səsləndirib.
4SİM tərəfindən yaradılan və 150-dən çox üzvü birləşdirən “4Sİ Müzakirə Platforması” 9 sahəvi icmadan ibarətdir. Platformada təklif olunan nəticələr elmin və tədqiqatın inkişafı, 4Sİ sahəsində əlaqələndirmənin daha effektiv aparılması, eləcə də ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında və birgə ortaq layihələrin icra edilməsinə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planına əsasən “elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” bəndinin əsas icraçısı İqtisadiyyat Nazirliyi təyin edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları