İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirib.
Xeberler.az məlumat verir ki, görüşdə dövlət qurumları və özəl sektorun insan resursları üzrə məsul şəxsləri, eləcə də universitetlərin karyera mərkəzlərinin rəhbərləri iştirak ediblər. Tədbirdə gələcəyin əmək bazarında tələb olunan bacarıqlar, rəqəmsal transformasiya dövründə kadr hazırlığının prioritetləri və “4Sİ Akademiyası - Milli Proqram”ın nəticələri barədə tərəfdaşlarla məlumat mübadiləsi aparılıb.
4SİM-in icraçı direktoru Fariz Cəfərov çıxışında Milli Proqramın əvvəlki mərhələsinin uğurla icrasında göstərdikləri dəstəyə görə icma üzvlərinə təşəkkür edib. Bildirib ki, dövlət qurumları, özəl sektor və universitetlərlə qurulan əməkdaşlıq Milli Proqramın daha geniş auditoriyaya çatdırılmasında, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasında və ölkənin insan kapitalının inkişafında mühüm rol oynayıb.
Tədbirdə 2030-cu ilə doğru əmək bazarının dəyişməsi, texnologiya, yaşıl keçid, geoiqtisadi dəyişikliklər, iqtisadi qeyri-müəyyənlik və demoqrafik trendlərin iş dünyasına təsiri barədə məlumat verilib. Bildirilib ki, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, bulud texnologiyaları və avtomatlaşdırma kimi texniki bacarıqlarla yanaşı, analitik düşüncə, liderlik, çeviklik, yaradıcı düşüncə, ömürboyu öyrənmə və əməkdaşlıq kimi yumşaq bacarıqlar da əmək bazarında xüsusi əhəmiyyət kəsb edəcək. Təqdimatda, həmçinin insan resursları sahəsində süni intellekt alətlərindən istifadə, bacarıqların inkişafı ekosistemi və gələcəyin HR modelləri barədə məlumat verilib.
Görüş zamanı “4Sİ Akademiyası - Milli Proqram”ın əvvəlki mərhələsi üzrə nəticələr də təqdim olunub. Bildirilib ki, 2025-2026-cı illəri əhatə edən mərhələdə proqramdan 67 mindən çox istifadəçi faydalanıb, 107 mindən artıq sertifikat əldə edilib. Azərbaycan dilinə tərcümə olunmuş 2500 təlim üzrə isə 18600-dən çox istifadəçi 57 mindən artıq təlim götürüb və 41700-dən çox təlim tamamlanıb.
“Milli Proqram”ın daha bir il uzadılması barədə tərəfdaşlara məlumat verilib. Bildirilib ki, proqramın 3-cü mərhələsinin 22 iyun 2026-cı ildə başlanması gözlənilir. Yeni mərhələdə daha 750 təlimin Azərbaycan dilinə tərcümə olunması, “Coursera” platformasının təqdim etdiyi “Course Builder” imkanları vasitəsilə yerli dildə təlim materiallarının platformaya yerləşdirilməsi və proqramın təsirinin əlavə məlumatlar əsasında ölçülməsi nəzərdə tutulur.
“4Sİ Akademiyası - Milli Proqram” rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə rəqabətli insan kapitalının inkişafına dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində süni intellekt, data elmi, kibertəhlükəsizlik, layihə idarəetməsi, biznes, rəqəmsal savadlılıq, generativ Sİ, prompt mühəndisliyi, insan resurslarının idarə olunması və digər aktual istiqamətlər üzrə öyrənmə imkanları təqdim olunur.
Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0” formalaşdırılması təşəbbüsünə xidmət edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları