4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaratmağı planlaşdırırıq

23-09-2025 / 16:13

Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaratmağı planlaşdırırıq.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, mərkəz sənaye üçün “bir pəncərə” modeli rolunu oynayacaq.

F.Cəfərov universitetlərlə də memorandum imzaladıqlarını vurğulayıb:

“Universitet tələbələri bu proqrama qoşula, sahəyə gedib problemləri müəyyənləşdirə və yeni ideyalar irəli sürə bilərlər. Bu da sənaye və elm ekosistemini dəstəkləyəcək. Eyni zamanda, startaplar istehsalat şirkətlərinin problemlərinə əsaslanaraq yeni ideyalar təqdim edə biləcəklər”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə