Previous Next
Bağla

"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

13-09-2025 13:22
"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

"Space TV"də qanunvericiliyin pozulması faktına görə yayım sentyabrın 16-da 6 saatlıq (saat 08.00-dan 14.00-dək) dayandırılacaq.

Xeberler.az bildirir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Belə ki, sentyabrın 11-də kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

Fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınıb, pozuntu faktı kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildirib.

"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları biruzə verib.

Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləyib, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndirib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirilib

08-10-2025

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023

Audiovizual Şura "Space TV"yə xəbərdarlıq edib

21-10-2025

Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

02-09-2024

“Səhiyyə TV” 16 min manat cərimələnib

27-08-2024

Mediada yayımlanan informasiyaya dair tələblər müəyyənləşir

30-12-2021

Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq

17-08-2020

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025

Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

11-03-2022

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

26-12-2022

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025

Space-in yerində Mədəniyyət kanalı

08-02-2011

MEDİA: Solovyovun nifrət nitqini pisləyirik

18-06-2025

Sentyabrın 16-da televiziya və radio kanallarının yayımı dayandırılacaq

13-09-2019

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022

Az.TV, “Lider” və “Space”-ə xəbərdarlıq

16-01-2009

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə