Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəsinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib. Onlayn formatda təşkil olunan görüşə 16 kalibrləmə laboratoriyasından 30-a yaxın nümayəndə qatılıb.
Xeberler.az bildirir ki, görüşdə kalibrləmə laboratoriyalarının təmsilçilərinə asan imza və ya elektron imza vasitəsilə sözügedən modul üzərindən “Kalibrlənmə sertifikatı”nı elektron qaydada tərtib etmək imkanı barədə məlumat verilib. Bildirilib ki, yeni modulun tətbiqi ilə elektron formada yaradılan sənədlərin üzərinə eyniləşdirməni təmin edən QR kodların əlavə olunması onların tanınmasını asanlaşdırır və vətəndaşların müvafiq qurumlara etimadını artırır.
Daha sonra praktiki nümunələr əsasında “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun funksionllığına dair izahlar təqdim olunub. Yeni modulun tətbiqinin qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərin pozulmasının qarşısının alınmasına şərait yaradacağı bildirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları