Previous Next
Bağla

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025 16:35
Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?
"Bu gündən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız ETN-nin portal.edu.az platformasında elektron formada aparılmalıdır".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, uzun müddət bu sahədə pərakəndəlik olduğundan ötən il Elm və Təhsil Nazirliyi, İRİA və AzTU paralel qeydiyyatdan və kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdilər:
 
"Bu il bu sahədə vəziyyəti öyrənmək üçün kiçik bir monitorinq apardım. Təxminən 40-dək universitetdə tələbə qeydiyyatının hansı formada aparıldığını təhlil etdim. Aparılan monitorinqlərin nəticəsi göstərdi ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Öndə gedən aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və parallel qeydiyyatdan imtina ediblər.
 
Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılamsı haqqında elanlar verib. Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar yeni tələbələrlə bağlı bütün datanı Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər".
 
Osman Gündüzün sözlərinə görə, təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var:
 
"Marqlıdır ki bu universitetlərin içərisində rəqəmsal vəziyyəti yetərincə inkişaf edən, hətta öndə olanlar da var. Amma nədənsə bu universitetlər də kağız qovluqlarda sənəd toplamağa davam edirlər.
 
Bir daha xatırladıram ki, hökumət, ETN və İRİA bütün qeydiyyat prosesini tam olaraq rəqəmsallaşdırıb. Tələbələr üçün zəruri olan sənədlər tələb olunan bütün qurumlara inteqrasiyalar təmin edilib.
 
Bütün bunlardan sonra bəzi universitetlərin paralelçiliyi isə yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır. Ümid edirəm ETN, İRİA da bunların fərqindədir.
 
Yeri gəlmişkən, bəzi universitetlər yalnız elektron qeydiyyata üstünlük versələr də, yenə də hansısa tələb olunan sənədlərin siyahılarını dərc ediblər.
 
Dəfələrlə qeyd olunub ki, qeydiyyat üçün portal.edu.az -da öz şəxsi kabinetinə daxil olan tələbə bütün zəruri sənədlərini orada görür və sadəcə onları təsdiq edir. Yəni tələbənin qeydiyyatı normalda 1 dəqiqə çəkir".
 
Beləliklə, parallel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlərin siyahısı aşağıdakılardır:
 
1. Azərbaycan Dövlət Pedaqoji Universiteti (kağız formada sənədlər tələb edir)
2. Xəzər Universiteti (kağız formada sənədlər tələb edir)
3. Azərbaycan Memarlıq ve İnşaat Universiteti (kağız formada sənədlər tələb edir)
4. Azərbaycan Tibb Universiteti (kağız formada sənədlər tələb edir)
5. Azərbaycan Dillər Universiteti (kağız formada sənədlər tələb edir)
6. Qərbi Kaspi Universiteti (kağız formada sənədlər tələb edir)
7. Azərbaycan Dövlət Aqrar Universiteti (kağız formada sənədlər tələb edir)
8. Azərbaycan Turizm ve Menecment Universiteti (kağız formada sənədlər tələb edir)
9. Dövlət İdarəçilik Akademiyası (kağız formada sənədlər tələb edir)
10. Bakı Biznes Universiteti (kağız formada sənədlər tələb edir)
11. ADA Universiteti (3 pilləli qeydiyyat tələb olunur)
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024

Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

02-09-2024

Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

28-08-2024

Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

20-07-2024

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024

Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

29-12-2023

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb

11-07-2023

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024

Ekspert: Vətəndaşlar E-gov-un üstünlüklərindən yetərincə bəhrələnə bilmir

25-09-2020

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024

Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

19-08-2023

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Bankda onlayn formada hesab açmaq nə qədər zaman alır ?

06-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə