“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər

24-08-2025 / 15:22

“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar etmək niyyətindədir.

Xeberler.az “Sky News“a istinadən məlumat verir ki, şirkət problemli məzmunları dəyərləndirmək üçün süni intellektdən istifadə etməyə başlayıb və bu proses xüsusilə etimad və təhlükəsizlik bölməsində çalışan moderatorların işlərini risk altına salır. Şirkət qlobal restrukturizasiya apardığını və əməliyyatları daha az sayda mərkəzdə cəmləşdirdiyini bildirib. 

Həmkarlar ittifaqları bu addımı kəskin tənqid edərək, bunun Böyük Britaniyada milyonlarla “TikTok” istifadəçisinin təhlükəsizliyini riskə atacağını bəyan ediblər. Məlumata görə, hazırda platformadan qaydaları pozduğuna görə silinən videoların 85 faizdən çoxu avtomatlaşdırılmış alətlər tərəfindən aşkarlanır. Bundan əlavə, problemli məzmunun 99 faizi istifadəçilər tərəfindən şikayət olunmazdan əvvəl platforma tərəfindən proaktiv şəkildə silinir.

“TikTok” rəhbərliyi isə iddia edir ki, süni intellekt sistemi moderatorların psixoloji gərginliyini azaldır. Belə ki, əməkdaşların izlədiyi qrafik və zorakı videoların sayı texnologiyanın tətbiqindən sonra 60 faiz azalıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə