Previous Next
Bağla

ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!

11-03-2025 13:01
ABB bizneslərin AMEX kartları ilə ödəniş  imkanlarını genişləndirdi!

Ölkəmizdə American Express (AMEX) kartları vasitəsilə ödənişlərin qəbulu imkanları genişlənib. AMEX-in Azərbaycanda ilk və yeganə tərəfdaşı olan ABB ödəniş təşkilatı funksiyasını yerinə yetirən finteklərlə əməkdaşlıq edərək onlara da bu imkanı yaradıb.

Artıq belə fintek şirkətlərindən biri - “YIĞIM Payment System” ABB vasitəsilə AMEX kartlarından ödəniş qəbulu imkanını bizneslərə təqdim etməyə başlayıb. Belə ödəniş təşkilatlarının xidmət sisteminə qoşulmuş bizneslər elektron ödənişlərində AMEX kartları ilə ödənişləri də qəbul edə bilərlər.

Hazırda “Hilton Baku”, “Hilton Garden Inn”, “Fairmont”, “FlyInn Baku”, “RiverInn”, “ChenotPalace”, “LandMark”, “Macera Sheki” otellərində, “Easytrip”- də (Hertz) AMEX kartları ilə ödənişlər mümkündür. Tezliklə “BoltTaxi”, “Bolt Food”, “Wolt”, “Uber”, “Yango”, “WindzScooter” və digər bizneslərdə də bu kartlarla ödənişlər mümkün olacaq.

ABB-nin yaratdığı bu imkan ABŞ və AMEX kartlarının geniş yayıldığı digər ölkələrdən olan müştərilərə ölkəmizdə rahat şəkildə xidmət göstərilməsini asanlaşdıracaq.

AMEX kartları vasitəsilə elektron ödənişlərin qəbulu Azərbaycandakı bizneslər üçün böyük imkanlar açır. Xüsusilə ABŞ-dan və AMEX kartlarının geniş yayıldığı digər ölkələrdən olan turistləri cəlb etmək üçün yeni fürsətlər yaradır.

Turistlər və işgüzar insanlar AMEX kartlarından otellərdə, başqa xidmət və ticarət məkanlarında geniş istifadə edirlər. Bu isə bizneslərə yeni müştərilərin cəlbi deməkdir.

AMEX kartları ilə ödənişlərin qəbulu xarici müştərilər və tərəfdaşlar üçün biznesin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır, beynəlxalq çevrədə şirkətin imicini gücləndirir. Beləliklə, ABB yeni inteqrasiyalar, tərəfdaşlıqlar hesabına bizneslər üçün daim yeni imkanlar yaratmaqdadır. Bu yeni imkandan faydalanmaq istəyən finteklər ABB-yə müraciət edə bilərlər.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim edib

ABB AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim edib

03-09-2025
ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

28-08-2024
ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb

ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb

28-02-2024
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025
ABB Biz-lə sahibkarların işi yüngülləşir!

ABB Biz-lə sahibkarların işi yüngülləşir!

21-10-2024
Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB Sahibkarlar Gününü müştəriləri  ilə qeyd edib

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025
ABB kiçik sahibkarlar üçün yeni  tətbiq təqdim etdi!

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi!

24-07-2024
ABB yeni korporativ saytını təqdim edib

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025
ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025
ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB-nin yeni süni intellekt köməkçiləri artıq hamıya əlçatandır!

ABB-nin yeni süni intellekt köməkçiləri artıq hamıya əlçatandır!

10-03-2026
ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət  vəsiqəsi ilə istifadə etmək olar

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

09-09-2024
ABB-nin ATM-lərində yenilik!

ABB-nin ATM-lərində yenilik!

23-04-2024
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə