Previous Next
Bağla

ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!

06-07-2026 12:41
ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə  Meneceri!

Müştəriləri ilə danışan bank olaraq ABB süni intellekt əsaslı daha bir yeniliyini təqdim edib. Yeni innovativ həll ABB mobile üzərindən təqdim edilən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceridir.

ABB mobile tətbiqindəki AI-nur və AI-khan bu yenilikdən sonra artıq yalnız suallara cavab verən süni intellekt köməkçisindən daha çox, müştərinin şəxsi maliyyə davranışlarını yönəldən, ona doğru yol göstərən fərdi bələdçilərdir.

Tətbiq istifadəçiləri fərdi maliyyə menecerləri AI-nur və AI-khan-la sadəcə danışaraq şəxsi büdcələrini daha aydın şəkildə nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilərlər.

Gəlir və xərclərinizi izləyib, maliyyə vərdişlərinizi nizamlayır!

Süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri müştərinin əməliyyat tarixçəsi əsasında onun gəlir və xərclərinin ətraflı təhlilini aparır, məlumatları vizuallaşdırılmış formada təqdim edir və müxtəlif dövrlər üzrə müqayisələr aparmağa kömək göstərir.

Müştəri artıq sadəcə kart əməliyyatlarının siyahısına baxmaqla kifayətlənmir. O, gəlir və xərclərinin hansı kateqoriyalarda formalaşdığını, hansı dövrdə və nələrə daha çox vəsait xərclədiyini, hansı istiqamətlərdə gəlir və qənaət imkanlarının olduğunu süni intellekt köməkçisi vasitəsilə dəqiq öyrənə bilir.

Fərdi Maliyyə Menecerinin əsas üstünlüklərindən biri məlumatları müqayisəli şəkildə analiz etməsidir. Müştəri müxtəlif günlər, aylar, həftələr və ya daha uzun dövrlər üzrə maliyyə davranışındakı dəyişiklikləri öyrənmək imkanındadır. Məsələn, istifadəçi AI-nur və ya AI-khana “Bu ay ən çox nəyə pul xərcləmişəm?”, “Son 30 gündə ən böyük 5 xərcim hansılar olub?”, “Bu həftə restoranlara nə qədər xərcləmişəm?”, “Bu il avtomobilimə neçə manatlıq yanacaq vurmuşam?”, “Son 3 ayda əsas gəlirlərim hansı mənbələrdən formalaşıb” və s. kimi suallar ünvanlamaqla həm gəlir və xərclərini görür, həm də onların arxasındakı gündəlik davranış modelini dəqiqliklə anlayır.

Qərarlarınıza dəstək olur!

Bu yeni məhsul xüsusilə şəxsi büdcəsini izləmək, xərclərinə nəzarəti artırmaq, gəlir-xərc balansını daha düzgün qurmaq istəyən müştərilər üçün son dərəcə faydalıdır. Çünki müştəri artıq öz maliyyə vəziyyətini ümumi rəqəmlər üzərindən deyil, daha
detallı və fərdi izahlarla görür. Süni intellekt köməkçisi müştərinin gəlir və xərclərinin strukturunu təhlil edir, ona daha rasional maliyyə qərarları verməkdə kömək göstərir. Məsələn, abunəliklərə, təkrarlanan ödənişlərə, restoran və çatdırılma xərclərinə, nağdlaşdırmalara və s. digər kateqoriyalara ayrıca baxmaq mümkün olur.

Beləliklə, Fərdi Maliyyə Meneceri müştəriyə “Nə qədər xərcləmisən?” sualının cavabını verməklə yanaşı, “Nəyi dəyişsən, daha yaxşı idarə edə bilərsən?” sualına da praktik yanaşma təqdim edir.

Sizinlə danışaraq bank əməliyyatlarınızı yerinə yetirir!

AI-nur və AI-khanın funksionallığı yalnız maliyyə analitikası ilə məhdudlaşmır. Süni intellekt əsaslı fərdi maliyyə menecerləri müştərilərə gündəlik bank əməliyyatlarını səsli komanda əsasında icra etmək imkanı verir. Müştərilər Azercell, Bakcell və Nar nömrələri üzrə mobil rabitə ödənişlərini AI-nur və AI-khana səsli komanda verməklə həyata keçirə bilirlər. Bununla yanaşı, ABB kartına və digər bank kartına kart nömrəsi və ya əvvəlcədən yaradılmış şablon vasitəsilə köçürmələr də AI-nur və AI-khanın köməyi ilə icra olunur.

Fərdi Maliyyə Meneceri kartlar və hesablar arasında köçürmələri, mobil nömrə ilə digər şəxslərə vəsait göndərilməsini, müxtəlif bank əməliyyatlarını və müştəri sorğularının cavablandırılmasını daha rahat formada təmin edir. Zərurət yarandıqda kartın bloklaşdırılması və yenidən aktivləşdirilməsi də AI-nur və AI-khan vasitəsilə həyata keçirilə bilir.

Abunəliklərinizi idarə edir!

ABB mobile istifadəçiləri indiyədək bütün Visa kartları üzrə TV, musiqi, əyləncə platformaları, təhsil, qida, çatdırılma və digər xidmətlərə abunəliklərini tətbiq üzərindən aktiv və deaktiv edə bilirdilər. İndi isə bu əməliyyatları müştərinin istəyi əsasında Fərdi Maliyyə Meneceri yerinə yetirir. Müştəri AI-nur və ya AI-khanla sadəcə danışaraq abunəliklərini idarə edir. Bu isə gündəlik rəqəmsal xidmətlərdən istifadəni daha çevik və daha intuitiv edir.

4 milyondan çox qarşılıqlı ünsiyyət!

Qısa müddət ərzində AI-nur və AI-khanla 4 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. Bu göstərici müştərilərin süni intellekt əsaslı bank xidmətlərinə marağının sürətlə artdığını nümayiş etdirir.

ABB-nin təqdim etdiyi yeni süni intellekt imkanları bank xidmətlərini daha rahat, sürətli və əlçatan edir. Eyni zamanda, bu prosesdə təhlükəsizlik tələbləri yüksək səviyyədə qorunur. Bank yaxın dövrdə yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini daha da inkişaf etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,  3 yeni imkan!

ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

20-04-2026
ABB-nin yeni süni intellekt köməkçiləri artıq hamıya əlçatandır!

ABB-nin yeni süni intellekt köməkçiləri artıq hamıya əlçatandır!

10-03-2026
ABB-də gələcəyin bankçılığını qarşılayın

ABB-də gələcəyin bankçılığını qarşılayın

02-12-2025
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB səhmdarlarına 200 milyon manat dividend  ödənişi təklif ediləcək

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək

16-04-2026
ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024
ABB kiçik sahibkarlar üçün yeni  tətbiq təqdim etdi!

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi!

24-07-2024
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB Alfa nəsli üçün Alpha Card məhsulunu  təqdim edib

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim edib

16-04-2025
ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

16-11-2024
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

10-02-2026
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

24-11-2025
Ən çox bankçılıq mükafatını ABB qazanıb

Ən çox bankçılıq mükafatını ABB qazanıb

03-04-2026
ABB-dən yeni rəqəmsal yığım hesabı və  əlavə qazanc fürsəti

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

18-04-2025
ABB-dən kiçik sahibkarlara böyük imkanlar  yaradan biznes kartı

ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

05-06-2026
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
ABB mobile tətbiqi yüksək təhlükəsizlik  sertifikatı alıb

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb

02-12-2024
ABB-nin təşkilatçılığı ilə ölkədə ilk Data və Süni İntellekt Sammiti keçirilib

ABB-nin təşkilatçılığı ilə ölkədə ilk Data və Süni İntellekt Sammiti keçirilib

09-12-2024
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026
ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

02-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə