Previous Next
Bağla

ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media

09-01-2021 15:04
ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media

Osman Gündüz: “Trampın etdiyi nə qədər qorxuludursa, onların etdikləri daha qorxuncdur...”

Adətən insanlıqda təsəvvür belədir ki, ABŞ prezidentləri dünyanın ən güclü fiquru, dünyaya hökm edən bir təmsilçidir. Belə düşünmək üçün insanlarda kifayət qədər ciddi əsaslar da var. Lakin prezident Donald Trampın hakimiyyəti dövründə dünyanın super adamı ilə dəfələrlə konfliktə girən bir dünya gücü ortaya çıxdı. Bu, Tvitter və Facebookun timsalında sosial mediadır.

Dəfələrlə D. Trampın hesablarını keçici olaraq qapadan sosial media sahibləri Vaşinqtondakı son hadisələr zamanı daha da irəli getdilər. Onun ictimaiyyətlə xəbərləşmə imkanlarını tamamilə qapadaraq, hesablarını dondurdular. Elan olundu ki, bu proses 20 yanvara -  yeni prezident Co Baydenin andiçməsinə qədər davam edəcək.

Beləliklə, dünyanın əsas gücünün ABŞ prezidentlərinin olması barədə mif də dağıldı. İndi dünyadakı əsas güc social mediadır. Bu, necə bir gerçəklikdir və insanlıq bu gerçəkliklə nə etsin? Sosial media patronları yeni bir dünya gücü olaraq qarşımıza çıxıblar və hökm etməyə başlayıblar. Bu gerçəklik dünyanı hara götürür?

Xeberler.az bildirir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı Musavat.com-a danışıb: “Son dövrlər Donald Trampın ətrafında baş verən hadisələr bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Hazırda sosial media böyük, nəhəng gücə malikdir. Yəni prosesləri, kütləni idarə etmək, təşkilatlanmaq, informasiya əldə etmək, prosesləri sürətləndirmək üçün sosial media az qala hər şey olmasa da çox şey deməkdir.

İndi Trampın tutduğu mövqe sosial media resuslarının rəhbəri tərəfindən demokratik dəyərlərə zidd olaraq dəyərləndirilir, avantürist, şəxsi məqsədlərindən istifadə edərək, zorakılığa çağırış edən siyasətçi kimi göstərilir. Yəni sosial media bu barədə qərarları özləri verib, özləri Trampı günahlandırmaq qərarına gəlib, onun hesablarını bloklayıblar. Tramp pis adam, demokratik dəyərlərə zidd olan, avatürist və sairə ola bilər, amma müəyyən ictimai dəyərlərin media qurumlarının diqqətini cəlb edən məsələ ondan ibarətdir ki, sosial media resurslarının özlərinin bu cür hərəkət etməsi, bir anda kiminsə hesabını dondurması onun ifadə azadlığına müdaxilə etməsi kimi dəyərləndirilir. Bu artıq qorxunc hadisədir. Trampın etdiyi nə qədər qorxuludursa, onların etdikləri daha qorxuncdur. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, burada nələrsə doğru deyil. Yəni milyonlar, milyardlarla üzvü olan resusun bu  cür addım atması ifadə azadlığını məhdudlaşdırması deməkdir"..

Osman Gündüz qeyd edib ki, sosial media resursları ilə bağlı müəyyən məsuliyyət çərçivələrinin yaradılması ilə bağlı məqam artıq yetişib: “Yəni hansı məsuliyyət daşıyırlar, bəlkə heç məsuliyyət daşımırlar? Bütün bunlar konkretləşdirilməlidir. İfadə azadlığı ilə bağlı ciddi problemlər var. ABŞ konqresində də bu məsələlər müzakirə olunurdu. Trampla bağlı baş verən hadisələrə görə bu məsələ arxa plana keçdi. Konqresdə Facebook, Gooqle, Tvitter ilə bağlı hesabat hazırlanmışdı. Konqresin hesabatında bildirilirdi ki, adları qeyd edilən qurumlar artıq dünyada rəqabətə mane olur, inhisarçılıq yaradır, inkişafın qarşısını alır, təşəbbüsləri, innovasiyaları boğur və sairə. Bu hesabat Konqresin stolunun üstündədir və  500 səhifədən ibarətdir. Hesabatda deyilir ki, həmin qurumlar məcburən parçalanmaldır. Məsələn, hökumət deyəcək Vatsapp, Googleni sat. Yəni məcburən qurumları parçalayacaqlar. Ola bilər ki, sosial media qurumlarının bu cür addımı Konqresə xoş gəlmək üçündür, onlar bununla  parçalanmaqdan xilas olunmağa çalışırlar. Yəni ortada biznes maraqları da var. Lakin bir daha qeyd edirəm ki, sosial media ətrafında baş verən hadisələr xoşagələn deyil”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələr Donald Trampın hesablarını dondurdu

07-01-2021

Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018

Trump sosial media ilə bağlı fərman imzalayıb

29-05-2020

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

“Twitch” də Trampın hesabını bloklayıb

08-01-2021

ABŞ-a viza üçün müraciət edənlərin sosial media hesabları yoxlanılır Full

02-04-2025

“YouTube” Trampın hesabını bloklaladğına görə kompensasiya ödəyəcək

30-09-2025

Tramp nə üçün dünyanın texnologiya liderlərini ətrafına toplayıb?

21-01-2025

Ekspert:Tvitter dünyanın ən zəngin insanının nəyinə lazımdır?

26-04-2022

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023

Elon Musk-ın gəlişi bəzi “Twitter” işçilərini qorxuya salıb

07-04-2022

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

12-10-2020

"TikTok”-un ABŞ-da fəaliyyətinin dayandırılması 90 gün uzadılıb

19-06-2025

Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

04-07-2019

Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

29-07-2020

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

16-01-2025

“Meta” şirkəti Trampa təzminat ödəməyə razı olub

30-01-2025

Məhkəmə Trampın “TikTok” qadağasını təxirə saldı

28-09-2020

“Twitter” Trampın hesabını birdəfəlik bloklayıb

09-01-2021

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

30-11-2024

Texnologiya nəhəngindən sosial media qadağası

22-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə