Previous Next
Bağla

Tramp nə üçün dünyanın texnologiya liderlərini ətrafına toplayıb?

21-01-2025 12:31
Tramp nə üçün dünyanın texnologiya liderlərini ətrafına toplayıb?
"Görünən odur ki, ABŞ-ın siyasi establişmenti və dünyanın texnoloji elitası birləşib.
Ötən gün keçirilən inaqurasiyada dünyanın texnoloji liderləri də iştirak edirdi".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Qeyd edək ki, inaqurasiya mərasimində Mark Zukerberq (Meta), Ceff Bezos (Amazon), Sundar Pichai (Google), Tim Kuk (Apple), İlon Mask (Tesla və SpaceX), Sam Altman (OpenAI), Shou Zi Chew (TikTok) iştirak edirdilər. 
 
Osman Gündüzün sözlərinə görə, bunların bir çoxu Trampın əvvəlki prezidentlik dönəmində, hətta 2023-cü ilədək onunla düşmən münasibətlərində olublar:
 
"Onun sosial hesablarını bağlayıblar, statuslarını və mesajlarını siliblər, hər vasitə ilə onu əngəlləyiblər. Tramp isə onları “xalq düşməni”, “saxta xəbər” mənbələri adlandırıb. Ötən dövrlərdə az qalmışdı ki, Tramp bu şirkətlərin hər birini bir neçə yerə bölsün. İndi isə görünür ki, hamısı bir yerdədirlər".
 
Ekspert düşünür ki, burada bir neçə məqam ola bilər:
 
"Görünür ki Tramp qarşısına elə məsələlər qoyub ki, xüsusən də Çinlə və ABŞ-ı gücləndirməklə bağlı, texnoloji liderləri andiçməyə dəvət etməklə o, keçmiş mübahisələri aradan qaldırmaq və gələcəyə yönəlmiş yeni əməkdaşlıq səhifəsi açmaq istəyir.
 
Tramp texnologiya nəhənglərinin dəstəyi ilə ABŞ-ın dünyada texnologiyalar və innovasiyar, həmçinin süni intellekt sahəsində liderliyini möhkəmləndirməyi hədəfləyib.
 
Eyni zamanda düşünürəm ki, texnoloji liderlərin Trampı ziyarət etməsi həm də bu liderlərin rəhbərlik etdikləri şirkətlərin gələcək taleyinin sual altında olması da mühüm rol oynayıb".
 
Osman Gündüz bildirib ki, keçmiş dövrlərdə Tramp administrasiyası texnoloji nəhənglərə qarşı antiinhisar qanunları sərtləşdirmək niyyətində olub və dəfələrlə sosial media platformalarının ifadə azadlığını məhdudlaşdırdığını bildirib:
 
"Tramp əvvəllər bir çox texnoloji şirkətlərin hədsiz böyük səlahiyyətlər əldə etməsindən narahatçılığını da ifadə etmişdir.
 
Güman ki, indi bu texnoloji liderlər Trampın yeni administrasiyası ilə yaxşı münasibət quraraq, gələcəkdə bu tənzimləmələrin qarşısını almaq, gələcək riskləri idarə etmək və ya daha yumşaq siyasətlərə nail olmaq niyyətindədir.
 
Dünənə kimi aralarında soyuq münasibətlər olmasına baxmayaraq yenidən bir yerdə toparlanmaq həm də təbii ki, bizneslə bağlıdır".
 
Ekspertin sözlərinə görə, bu qlobal texnologiya nəhəngləri, texnologiyalar və süni intellekt, enerji, kosmos və kibertəhlükəsizlik kimi strateji sahələrdə ABŞ hökumətindən əhəmiyyətli maliyyə yardımları və subsidiyalar alırlar:
 
"Xatırlayıram ki ötən dövrlərdə təkcə Cef Bezosun bulud texnologiyaları ilə bağlı ABŞ hökumətilə 10 milyardlıq bir müqaviləsini Tramp əngəlləmişdi.
 
Səbəb isə Cef-in sahiblik etdiyi Vaşinqton Post qəzetində Tramp əleyhinə olan yazılar idi.
 
İndi texnoloji liderlər Trampın ətrafında birləşməklə, bu maliyyə dəstəklərinin davamlılığını təmin etməyə çalışırlar.
 
Yəni görünən odur ki, qlobal şirkətlərin biznes maraqları, ABŞ-ın yeni dünya düzənində hegemon roulunun gücləndirilməsi, Çin, Avropa və digər bölgələrdə texnoloji rəqabət qabiliyyətini yüksəltmək kimi maraqlar Trampı və texnoloji liderləri bir araya gətirib".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tramp texnoloji şirkətləri Brüsselin sanksiyalarından qoruyacağına söz verib

18-10-2024

İlon Mask texnologiya nəhənglərinin rəhbərləri ilə görüşə dəvət olunmayıb

04-09-2025

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətindədir

20-02-2025

Donald Tramp Mark Zukerberq ilə görüşüb

28-11-2024

Tramp: “Microsoft” “TikTok”u almaqda maraqlıdır

28-01-2025

Tramp prezident seçilərsə İlon Maska vəzifə verəcək

20-08-2024

Tramp “TikTok”un bloklanmasının təxirə salınacağını düşünür

07-03-2025

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

16-01-2025

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

16-09-2025

Tramp: “TikTok”u almaq istəyən ABŞ alıcılarının siyahısı var

22-08-2025

İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək

06-10-2024

Tramp TikTok-un ABŞ aktivlərinin satış müddətini yenidən uzadır

19-06-2025

Əbu-Dabi ABŞ-dan süni intellekt çiplərini alacaq

17-05-2025

ABŞ-ın nəqliyyat naziri NASA rəhbəri vəzifəsini icra edəcək

10-07-2025

Donald Trump milli təhlükəsizlikdən danışıb

25-07-2019

Trump “TikTok”u ABŞ-da saxlamaq istəyir

29-05-2025

Çinli hakerlər Tramp və Vansın telefon məlumatlarını əldə etməyə çalışıblar

26-10-2024

Donald Trump "TikTok"-u bloklamaq niyyətində deyil

31-03-2025

Tramp NASA-ya rəhbərlik üçün Ayzekmanın namizədliyini irəli sürüb

05-11-2025

ABŞ-da “TikTok”un bloklanması 75 günlük təxirə salınıb

21-01-2025

Donald Tramp TikTokla bağlı yekun təklifi nəzərdən keçirəcək

02-04-2025

Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır

21-01-2025

Tramp administrasiyası “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır

15-08-2025

Tramp “iPhone” istehsalının ABŞ-a köçürülməsini tələb edib

23-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə