Previous Next
Bağla

Acer 14 düymlük yeni noutbukunu təqdim edib

06-09-2019 16:11
Acer 14 düymlük yeni noutbukunu təqdim edib

Xeberler.az bildirir ki, “Acer” ən son “Intel® Core ™” prosessorları ilə təchiz olunmuş “Swift” noutbuklarının və “Aspire” stolüstü kompüterlərinin yenilənmiş modellərini təqdim edib (#NextAtAcer).

Sürətli iş üçün nəzərdə tutulmuş “Acer Swift 5” və “Swift 3” noutbukları incə korpusları, zövqlü dizaynları, üstün performansları və daha uzunömürlü batareyaları ilə öncəki modellərdən bir pillə irəlidədir.

Sonuncu nəsil 14 düymlük “Acer Swift 5” öz sinfində ən az çəkiyə malik noutbukdur.
Yenilənmiş modelin çəkisi cəmi 990 qramdır. Zövqlü “Acer Swift 3” modeli uzun müddətli enerji saxlama funksiyası ilə diqqət mərkəzindədir. Yenilənmiş model 12.5 saat avtonom rejimdə çalışmaqla yanaşı, həm də qısa müddət ərzində yenidən enerji yığmaq kimi xüsusiyyətə malikdir.

Belə ki, 30 dəqiqə ərzində toplanmış enerji sayəsində noutbuk avtonom rejimdə əlavə olaraq 4 saat da çalışa bilir. Ən son “Intel® Core ™” prosessoru ilə təmin olunmuş “Acer Aspire C” kompüter modelində korpusun ekrana nisbəti 92%-ə qədərdir. Bundan başqa, bu model təhlükəsizlik və sağlamlıq baxımından öncəki modellərdən fərqlənir.

Belə ki, istifadə olunmadığı halda kompüter kameralarının bağlamasına, HDMİ porta isə ikinci ekranı seçmək imkanı verir. Bundan başqa “Acer Vision Care” vasitəsilə istənilən yaş kateqoriyasına məxsus istifadəçilərin gözləri qorunur – “Acer Bluelight Shield” mavi rəngin təsirini azaldır, “Flickerless” texnologiyası isə ekran əsməsini azaldır.

“Acer” həmçinin “NVIDIA Quadro” qrafik prosessorlu “ConceptD Pro” noutbuk xəttini təqdim edib. Xəttin aparıcı modeli “ConceptD 9 Pro” yalnız peşəkar yaradıcılar üçün deyil, həm də süni intellekt və proqram təminatçıları da nəzərə alınaraq hazırlanıb. Bu noutbuklar daha az vaxt itirməyə və daha çox iş görməyə imkan verən güclü 9-cu Gen Intel® Core ™ prosessorları ilə təmin olunub. Xəttə həmçinin “ConceptD 7 Pro”, “ConceptD 5” və “ConceptD 3 Pro” modelləri də daxildir.

“Acer” oyunçuları da unutmayıb. Şirkətin təqdim etdiyi yeniliklər arasında kiber idman platforması “Planet9” da yer alıb. “Planet9” oyunçulara öz komandalarını yaratmaq, məşq etmək və mübarizə aparmaq imkanı yaradır. Platforma həvəskar və professional oyunçuları bir araya gətirərək onlara öz zəif və güclü tərəflərini aşkarlamağa, həmfikirləri ilə ünsiyyət qurmağa və onlayn turnirlərdə iştirak etməyə şərait yaradır. Hazırda bu platforma bağlıdır. Platformanın 30 yanvar 2020-ci ildə aktivləşdiriməsi planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Acer yeni noutbuk modellərini təqdim etdi

26-04-2019

"Acer"in "Daş, Kağız, Qayçı" adlı onlayn mətbuat konfransı baş tutub

24-06-2020

Acer Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb

04-12-2018

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009

Acer 18.4 düymlük dizüstü notebook`larını satışa çıxardı

08-04-2009

Acer, Aspire One noutbukunu yeniləyir

13-10-2008

64 GB Ram-a malik oyun kompüteri

08-08-2015

Acer-dən yeni Windows 7-li 3D notebook

27-10-2009

Acer E-Ten brendini 2009-cu ildə ləğv edəcək

03-12-2008

İlk Chrome OS yüklü netbooku hansı firma təqdim edəcək?

07-12-2009

Acer Timeline: 3 ferqli və ucuz notebookları təqdim edir

16-04-2009

Acer-in bütün avadanlıqları Azərbaycanda da istehsal ediləcək

02-12-2015

Acer Liquid M220 ilkin baxış

05-03-2015

Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

04-09-2018

Microsoft yeni qurğularını təqdim edib

04-10-2018

“Acer” şirkətinin rəhbəri istefa verib

04-04-2011

Acer ən son yeniliklərini Bakutel 2019 sərgisində təqdim edəcək

02-12-2019

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019

Dünyada ən yığcam noutbuk təqdim edilib

31-08-2017

Böhran kompüter bazarına da təsir edib

03-07-2009

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015

Acer Sabahın alimləri Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

15-02-2019

İş adamları üçün yüngül və güclü noutbuk - Ultrabuklar

29-10-2015

Google Cromebook-lar təqdim edib

14-05-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə