Acer Timeline: 3 ferqli və ucuz notebookları təqdim edir

16-04-2009 / 13:57

Acer firması Acer Timeline modelləri ilə Dell Adama və Apple MacBook Air kimi notebook firmalarına rəqib olmaq fikrindədir.

Rəqiblərindən fərqli olaraq kompüterlərin qiyməti ucuz olacaq. Həm də Timeline təchizat baxımından diqqətçəkicidir. 13,6 düym, 14,1 düym və 15,6 düymlük 3 fərqli ekran variantı təqdim etməklə bazarı ələ almaq fikrindədir. 14,1 düym və 15,6 düymlük modellər DVD yazara malikdir.

Notebooklar ən incə tərəfi 5 mm, ən qalın hissəsi isə 24 mm qalınlığındadır. 13 düymlük model 1,6 Kq, 15 düymlük model 2,4 Kq çəkisindədir. 3 cihazın da ekranı fərqli böyüklükdə olmasına baxmayaraq 1366 x 768 pikseldir. Bu daha çox maraq doğurur. Notebookların bateriyaları ULV (Ultra Low Voltage) prosessorları sayəsində uzun müddətlidir.

 Bundan əlavə 4 GBə qədər DDR3 1066 MHz RAM, WiFi 802.11a/b/g/n, Bluetooth 2.0+, Gigabit Ethernet, HDMI Out və 3 USB portu da var. Əməliyyat sistemi olaraq Windows Vista Home Premium`la birgə təqdim edilir. Cihazlar yaxın zamanlarda satışa çıxarılacaq.Qiymətləri isə 699 və 899 $ arasındadır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.