Previous Next
Bağla

Google Cromebook-lar təqdim edib

14-05-2011 01:45
Google Cromebook-lar təqdim edib

Google şirkəti Crome OS mobil əməliyyat sistemi ilə idarə olunan portativ kompüterləri Cromebook adlandırıb.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlk Cromebook-lar Samsung və Acer şirkətləri tərəfindən istehsal olunacaq. Qurğuların satışı iyun ayının 15-də ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İtaliyada başlayır.

Həmin ölkələrdə Chromebook-ları aylıq abunə haqqı ödəməklə də əldə etmək mümkün olacaq. Belə ki, korporativ müştərilər üçün hər bir bu cür qurğunun aylıq xidmət haqqı 28, tələbələr üçün isə 20 ABŞ dolları təşkil edəcək. Bu ödənişin müqabilində istifadəçilər nəinki proqram, həmçinin köhnə avadanlığın yenisi ilə əvəz olunmasını nəzərdə tutan aparat dəstəyi də əldə edəcəklər.

Samsung istehsallı Cromebook 1280x800 piksel təsvir ölçülü və 12,1 düym diaqonallı displey, veb-kamera, iki USB portu, Wi-Fi modulu və yaddaş kartları üçün slotla təchiz olunur. 1,5 kiloqram çəkili modelin avtonom iş müddəti 8 saatdan az deyil. ABŞ-da bu qurğunu nağd pulla 429 dollara, 3G modulu ilə təmin edilmiş versiyanı isə 499 dollara əldə etmək olacaq.

Acer-dən Cromebook isə kiçik fərqli parametrlər istisna olmaqla oxşar xüsusiyyətlərə malikdir. Belə ki, bu model 11,6 düym diaqonallı ekran və HDMI-çıxışla təchiz olunub. Onun çəkisi 1,3 kiloqram təşkil edir. Qurğunun avtonom iş müddəti isə təxminən 6,5 saata bərabərdir. Acer istehsallı Cromebook ABŞ-da 349 dollara satılacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google Cromebook-lar təqdim edib

13-05-2011

“Ən güclü” smartfona stansiya qoşanda noutbuka çevrilir

11-01-2011

“Ən güclü” smartfona stansiya qoşanda noutbuka çevrilir

08-01-2011

Samsung-un yeni planşeti təqdim olundu

09-07-2019

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Çap maşını klaviaturalı noutbuk təqdim edilib

25-10-2018

Samsung şirkətinin ilk netbukları oktyabrda satışa qoyulacaq

10-09-2008

Google yeni məhsullarını təqdim edib

05-10-2017

Nokia 2 smartfonu rəsmən təqdim edilib

01-11-2017

Microsoft yeni qurğularını təqdim edib

04-10-2018

Sharp “Galapagos” planşetini təqdim edib

04-10-2010

İlk Chrome OS yüklü netbooku hansı firma təqdim edəcək?

07-12-2009

Fujitsu Siemens özünün ucuz qiymətli noutbukunu istehsal edir

15-07-2008

Dünyada ən yığcam noutbuk təqdim edilib

31-08-2017

Samsung ağıllı ev sistemi yaradıb

07-09-2015

«Samsung» satışa proyektorlu telefon çıxarır

19-03-2009

Çərçivəsiz Oneplus 5T təqdim edilib

17-11-2017

“Acer” şirkətinin rəhbəri istefa verib

04-04-2011

25 dollarlıq mini-kompüter yaradılıb

07-05-2011

“Google TV” platforması ilə təchiz olunmuş ilk televizor təqdim edildi

30-09-2010

Samsung-dan 12 meqapikselli telefon

04-06-2009

“Acer” notbuk qiymətlərini artırır

19-02-2025

Xiaomi şirkəti Mi 8 Lite smartfonunu təqdim edib

20-09-2018

“Meizu” şirkəti smartfonların tutumuna görə "Apple” və “Samsung”u geridə qoyub

20-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə