Previous Next
Bağla

Acer ən son yeniliklərini Bakutel 2019 sərgisində təqdim edəcək

02-12-2019 17:22
Acer ən son yeniliklərini Bakutel 2019 sərgisində təqdim edəcək

Xeberler.az bildirir ki, Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin və dünya üzrə kompüter texnikasının lider istehsalçılarından olan Acer-in birgə mətbuat konfransı baş tutdu. Konfransda 3-6 dekabr tarixlərində baş tutacaq sayca 25-ci yubiley sərgisinin əhəmiyyəti müzakirə olundu.

Acer yerli startapların beynəlxalq arenaya çıxışına dəstək olmaq üçün hazır olduğunu vurğuladı. "2020-ci ildə şirkətimiz Şərqi Avropada fəaliyyət göstərən startapların və ya artıq sözünü demiş iri şirkətlərin Qərbi Avropa istehlakçı bazarına çıxış əldə edə bilməsi üçün yeni proqramın həyata keçirilməsinə başlayacaq. Şirkətimizin regionda yerləşən pərakəndə, logistika və sığorta şirkətləri ilə qurduğu əməkaşlıq sayəsində yeni məhsullarımız optimal vaxtda rəflərdə alıcılara təqdim olunur. İKT sahəsində yeni məhsulun alıcıya çatdırılmasında uğura aparan əsas faktor vaxtdır". deyə Acer şirkətinin vitse-prezidenti Qriqoriy Nizovski bildirib.

O, həmçinin təhsillə bağlı geniş miqyasda tapşırıqlar yerinə yetirən yeni xətt məhsullar barədə danışdı. “Acer”in Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə regionu üzrə direktoru Mixail Konstantinov çoxsaylı mükafatlara layiq görülmüş “Acer for Education” həlləri barədə məlumat verdi. “Acer” 2015-ci ildən “HTech İnvest” zavodunun rəsmi tərəfdaşıdır. Zavod Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılmış Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentidir. Müvafiq tərəfdaşlıq orta məktəblər və ali təhsil müəssisələri üçün məhsul istehsalına, dövlətin konkret sifarişləri üçün xüsusi çatdırılma həyata keçirilməsinə, həmçinin hökümətin texnoloji inkişaf səviyyəsini artırmağa imkan verir.

Mətbuat konfransının iştirakçılarına Avropada təhsil sahəsində ən məşhur məhsul olan TravelMate B11 notbukunun sınaqdan keçirilməsi imkanı da yaradıldı. Mətbuat konfransında həmçinin Azərbaycanda ilk dəfə olaraq, yaradıcı insanlar üçün yaradılmış yeni "ConceptD" xətti təqdim olundu.

"ConceptD" mürəkkəb qrafik və ya video kontentin yaradılmasını nəzərdə tutan brenddir. "Bu brendin adı altında çıxan məhsullarda hər zaman 4 ideya reallaşdırılır: rəngləri zəmanətlə çatdıran professional keyfiyyətli ekran, professional video adapterlər, səssiz çalışan soyutma sistemi və həll olunan tapşırıqlara uyğun dizayn" deyə şirkətin vitse-prezidenti bildirib.

"Acer" məhsulları ilə tanış olub, daha dolğun məlumat əldə etmək istəyənləri 3-6 dekbar tarixlərində "Baku Expo Centre"də baş tutacaq 25-ci Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologilar sərgisi Bakutel 2019-da stendinə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015

Acer-in bütün avadanlıqları Azərbaycanda da istehsal ediləcək

02-12-2015

Acer E-Ten brendini 2009-cu ildə ləğv edəcək

03-12-2008

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015

Acer Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb

04-12-2018

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009

“Acer” şirkətinin rəhbəri istefa verib

04-04-2011

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019

Acer Sabahın alimləri Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

15-02-2019

Acer-dən yeni Windows 7-li 3D notebook

27-10-2009

Acer yeni noutbuk modellərini təqdim etdi

26-04-2019

Acer Liquid M220 ilkin baxış

05-03-2015

Azərbaycanda 2 min yeni Acer noutbuku istehsal edilib

02-10-2017

Azərbaycanda Lenovo kompüterlərin də istehsalı başlayır

01-05-2017

Acer 14 düymlük yeni noutbukunu təqdim edib

06-09-2019

İlk Chrome OS yüklü netbooku hansı firma təqdim edəcək?

07-12-2009

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019

Asiyanın İT şirkətləri “Kür” ilə birgə istehsal imkanları öyrənir

26-05-2015

Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

04-09-2018

Azərbaycanda Lenovo kompüterlərin istehsalı nə vaxt başlayır?

18-07-2017

Acer, Aspire One noutbukunu yeniləyir

13-10-2008

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Xarici investorların Azərbaycana cəlb edilməsi üçün proqram hazırlanır

11-06-2018

Böhran kompüter bazarına da təsir edib

03-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə