Previous Next
Bağla

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025 16:57
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Anlaşma Memorandumu imzalayıb.

Xeberler.az bildirir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sənədi ADY sədri Çinə səfəri çərçivəsində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə birlikdə imzalayıb.

Görüşdə Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.

ADY sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.

Bildirilib ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 % artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Qeyd olunub ki, ADY və “Çin Dəmir Yolları” arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində R. Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək.

Həmçinin ADY nümayəndə heyəti Çinə işgüzar səfəri zaman 8 iyul tarixində Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak edib.

“Yüksəksürətli dəmiryol nəqliyyatı: Dayanıqlılıq, innovasiya və inkişaf” (High-Speed Rail: Sustainability, Innovation, Prosperity”) mövzusunda keçirilən tədbirdə yüksəksürətli qatarların iqtisadi və sosial inkişafda rolu, dayanıqlı inkişaf və texnoloji innovasiyalar kimi məsələlər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır

21-08-2025

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

13-03-2026

Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

27-01-2024

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026

Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016

Rəşad Nəbiyev Qazaxıstanın nümayəndə heyəti ilə görüşüb

06-08-2025

ADY İT akademiyası yaradacaq

03-02-2025

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib

23-10-2024

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə