Previous Next
Bağla

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026 12:09
Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

Azərbaycana Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) çərçivəsində marşrutun iştirakçı ölkələri arasında logistik proseslərin rəqəmsal inteqrasiyasını təmin etməli olan süni intellekt sahəsində əməkdaşlıq mexanizminin (MC-AICM) yaradılması təklif edilib.

Xeberler.az məlumat verir ki, bunu Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov sosial şəbəkə hesabında bildirib.

"Azərbaycan artıq Orta Dəhlizin geoiqtisadi inteqratoruna çevrilib və regional süni intellekt habının yaradılması növbəti məntiqi addımdır", - o bildirib.

Sabiq nazirin sözlərinə görə, Orta Dəhliz artıq Avrasiyanın əsas ticarət yollarından birinə çevrilməkdədir:

"Lakin onun gələcək rəqabət qabiliyyəti təkcə yeni dəmir yollarının və limanların tikintisi ilə deyil, həm də rəqəmsallaşma səviyyəsi ilə müəyyən ediləcək. Məhz rəqəmsallaşma və süni intellekt əsaslı logistika dəhlizin qlobal miqyasda rəqabətə davamlı olub-olmayacağını müəyyən edəcək. Azərbaycan Ələt limanının intellektual sistemlərinə, rəqəmsal gömrük xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolunda süni intellekt dəstəkli planlaşdırma alətlərinə, eləcə də genişlənən multimodal şəbəkəsinə investisiya yatırmaqla bu transformasiyaya rəhbərlik edir".

V.Norov vurğulayıb ki, Avrasiya logistikasının əsas problemlərini – yollarda keçən uzun müddəti, tıxacları və pərakəndə gömrük rejimlərini – yalnız fiziki infrastrukturun inkişafı hesabına həll etmək mümkün deyil. Onun fikrincə, Orta Dəhlizə yüklərin real vaxt rejimində izlənilməsi, ölkələr arasında məlumatların uyğunlaşdırılması və sinxronlaşdırılması; prediktiv logistika alətləri; süni intellekt əsaslı risklərin təhlili sistemləri; vahid rəqəmsal standartlar lazımdır.

Sabiq nazir qeyd edib ki, Azərbaycan artıq rəqəmsal transformasiyanın praktiki nəticələrini nümayiş etdirir: "Xüsusilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt) konteyner daşımalarının həcmi 2025-ci ildə rəqəmsal iş proseslərinin tətbiqi sayəsində 40 % artıb. Öz növbəsində, "Azərbaycan Dəmir Yolları" intellektual planlaşdırma alətlərinin tətbiqi hesabına Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının hərəkətini 34 % artırıb".

V.Norovun fikrincə, milli rəqəmsallaşmadan tam regional inteqrasiyaya keçid üçün TBNM-in bütün ölkələri arasında rəqəmsal logistikanın əlaqələndirilməsi məqsədilə birgə süni intellekt mexanizmi yaradılmalıdır.

Mexanizmin aşağıdakı funksiyaları yerinə yetirəcəyi ehtimal olunur: gəmilərin gəlişinin, qatarların hərəkətinin, Xəzərdəki hava şəraitinin və limanların yüklənməsinin birgə proqnozlaşdırılması üçün süni intellekt əsaslı prediktiv logistika platformasının yaradılması; risklərin süni intellektlə qiymətləndirilməsi, ilkin məlumat mübadiləsi və bütün dəhliz boyu yüklərin avtomatlaşdırılmış rəsmiləşdirilməsi ilə vahid rəqəmsal gömrük sisteminin tətbiqi; güclərin planlaşdırılması və müxtəlif ssenarilərin modelləşdirilməsi üçün əsas liman və terminalların - Ələt, Aktau, Kurık və Potinin qarşılıqlı fəaliyyət göstərən "rəqəmsal əkizləri"nin işlənib hazırlanması; vahid kibertəhlükəsizlik standartları və yüklərin rəqəmsal identifikasiyası ilə transsərhəd məlumat idarəetmə sisteminin formalaşdırılması; pilot layihələrin (ağıllı vaqonlar, IoT sensorlar) həyata keçirilməsi, eləcə də gömrük və logistika idarələrinin mütəxəssislərinin ixtisasının artırılması üçün Bakıda süni intellekt sahəsində İnnovasiya və Təlim Mərkəzinin yaradılması.

V.Norovun sözlərinə görə, mexanizmin ehtimal olunan mənzil-qərargahı qismində Azərbaycanın seçilməsi Ələt limanında müasir rəqəmsal logistika zonasının mövcudluğu və ölkənin Avrasiya nəqliyyat marşrutunun əlaqələndiricisi rolu ilə əsaslandırılır.

Sabiq nazir həmçinin Mərkəzi Asiya dövlətləri ilə C5 formatında inteqrasiyanın fəallaşmasını, inkişaf etmiş rəqəmsal infrastrukturu, eləcə də Sian limanı və aparıcı Avropa logistika şəbəkələri ilə strateji tərəfdaşlığı vurğulayıb.

Xatırladaq ki, Şərq-Qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37% üstələnib. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib.

Bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

2024-cü ildə Transxəzər Marşrutu üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir.

2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnoz 11,4 milyon tondur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026

"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

20-11-2024

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır

21-08-2025

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

24-11-2023

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Orta Dəhliz boyunca rəqəmsal platforma yaradılır

13-03-2024

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023

Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

16-11-2023

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

01-12-2025

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

13-03-2026

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib  

23-08-2022

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026

Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

01-02-2025

Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisi müzakirə edilib

05-03-2024

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

Qazaxıstanla Azərbaycan arasında sualtı fiber-optik xətlərinin çəkilməsi gələn il başa çatdırılacaq

18-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə