Previous Next
Bağla

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017 17:45
Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən “Elektron hökumət” quruculuğu barədə regionlarda keçirilən maarifləndirici seminarlar Ağdaş rayonunda yekunlaşıb.

Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində baş tutub.

Xeberler.az-ın məlumatına görə, seminarda çıxış edən Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev idarəetmədə günün tələbi olan elektronlaşmanın rolu və önəmindən bəhs edib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov isə layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, sürətlə inkişaf edən sosial xidmətlərin elektronlaşdırılması prosesinə vətəndaş nəzarəti və ictimai tələb vacibdir:

 “Bu gün “Elektron hökumət” quruculuğu sahəsində aparılan işlər yaşam dinamikasının sadələşdirilməsi və sivil hüquqların qorunması üçün kifayət qədər resurslar təqdim edir. Bu resursların sayının çoxluğu və virtual olaraq vətəndaşlara açıq olması sosial rifahın yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu istiqamətdə qanunvericilik islahatları davamlı şəkildə vətəndaş rəyinə və istifadəsinə uyğun inkişaf etdirilir.” Bu baxımdan, “Elektron hökumət” portalından istifadənin vacibliyini vurğulayan ekspert qeyd edib ki, elektron xidmətlər vaxta və enerjiyə qənaət, məmur-vətəndaş ünsiyyətindən azad olmaq kimi üstünlüklər yaradır.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, “Elektron hökumət” portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri, eyni zamanda ondan istifadə etmə qaydaları barədə məlumat veriblər.

Belə ki, “Elektron hökumət” portalı seminar iştirakçılarına praktiki olaraq göstərilib, portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, həmçinin vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.

Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb. Sonda tədbirin fəal iştirakçılarına “Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçi adı və şifrlər təqdim edilib.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017
E-imza ilə bağlı növbəti seminar keçirilib

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017
“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015
 Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
Elektron hökumət üzrə təlimlər davam edir

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017
E-hökumət mövzusunda növbəti  seminar keçirilib

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017
Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

29-01-2015
“Elektron hökumət və gənclər” seminarı keçirilib

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
“Elektron Hökumət və gənclər” seminarı keçirilib

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
Regionlarda e-hökumət ilə bağlı seminarlar yekunlaşıb

Regionlarda e-hökumət ilə bağlı seminarlar yekunlaşıb

07-11-2016
E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017
Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015
Gənclərin Elektron Hökumət  portalından istifadəsi mövzusunda təlim keçirilib

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015
Bərdə və Tərtərdə e-hökumətlə bağlı seminar keçirilib-Foto

Bərdə və Tərtərdə e-hökumətlə bağlı seminar keçirilib-Foto

25-10-2016
“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015
Televiziyada e-hökumətlə bağlı proqram başladı

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura   Təkliflər hazırlayıb

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə