Sony ağıllı saatını təqdim edib

01-09-2015 / 16:55

Sony şirkəti Wena Wrist adlı qeyri-adi cihaz təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Wena Wrist qurğusu ağıllı qolbaqla təchiz edilmiş kvars saatdır. Qolbaq fitness, NFC pul kisəsi treker rolunu yerinə yetirir, həmçinin bərkidiciyə quraşdırılmış vibrasiya və LED indikatorun köməyi ilə sahibinə müxtəlif hadisələr haqda məlumat verə bilir.

İstehsalçılar eyni anda Wena Wrist qurğusunun iki modelini təqdim ediblər. Birinci model Three Hands adlanır və adi siferblatla, Chronograph adlı ikinci model isə saat, dəqiqə və saniyəni göstərən üç əlavə kiçikölçülü siferblatla təchiz edilib.

Hazırda bu saat üçün ilkin sifariş vermiş Sony platformasının istifadəçiləri qurğunun istehsalı üçün lazımi məbləği toplayıblar. Three Hands modelinin gümüşü versiyasının dəyəri 287 dollardan başlayır, qara rəngli Wena Wrist Chronograph saatının qiyməti isə 576 dollar olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə