Firefly şirkətinin hazırladığı divar üçün ilk güzgü-planşet Kickstarter platformasında yerləşdirilib.
Ağıllı güzgü istifadəçinin səsi, sifəti və jestlərini tanıyır, bir çox proqramları dəstəkləyir və xəbərdarlıqlar göndərə bilir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Firefly iOS və ya Android əməliyyat sistemləri ilə işləyən istənilən planşetin bərkidildiyi aşağı hissə və 65x40 sm ölçülü ikitərəfli güzgü şüşəsindən ibarətdir.
Xüsusi emal olunmuş şüşə həmişə kristal kimi təmiz görünür. Güzgü “touchscreen” rolunu oynaya bilmədiyindən onun idarəetməsi Amazon Alexa səsin tanınması texnologiyasına əsaslanır.
Qadjetin aktivləşdirilməsi üçün Firefly sözünü demək və lazımi göstərişləri (hava haqqında məlumat ver, taksi çağır, xəbərləri göstər və s.) vermək kifayətdir.
Firefly dəstində bəzi əlavə funksiyalara malik proqram da təqdim ediləcək. Bu funksiyalar Kickstarter-də layihəni dəstəkləyənlər üçün ödənişsiz olacaq. Güzgü İnternet vasitəsilə yenilənəcək. Beləliklə, qurğunun işləməsi üçün onun alt hissəsinə istənilən planşeti yerləşdirmək kifayətdir.
Avqust ayında satışa çıxarılacaq ağıllı güzgünün qiyməti 175 ABŞ dolları olar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri