Previous Next
Bağla

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022 00:16
Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

Qazın paylanması və satılması qaydasına dəyişiklik ediləcək.

Xeberler.az məlumat verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə (istehlak olunan enerjinin hesablanmasına) uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.

Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.

Yuxarıda nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.

Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.

İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu qanun nəzərə alınmaqla quraşdırır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun təsdiq edildiyi təqdirdə 1 iyul 2022-ci ildən qüvvəyə minəcək. (Apa)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması qəbul edilib

31-10-2025

Elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

21-02-2023

Enerji resursların paylanmasında yeni texnologiyadan istifadə ediləcək

14-06-2017

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

21-02-2023

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

İstiliyi qış üçün toplayan texnologiya

24-01-2017

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

Telefonlara hava vasitəsilə enerji yüklənəcək

21-02-2018

Azərbaycanda elektromobillərdən istifadə ediləcək

29-12-2016

Telefonlar ocaqdan enerji toplayacaq

27-06-2011

Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

25-01-2017

İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

25-12-2009

Etibarsız təchizatçılar barədə məlumatlar satınalmalar portalına daxil ediləcək

22-06-2023

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Enerji şəbəkəsinə qoşulmaq üçün ödəniləcək məbləğ açıqlanıb

27-07-2018

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023

Avropada insanlar evlərini mobil telefonla idarə edir

24-12-2015

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

18-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə