Previous Next
Bağla

Enerji resursların paylanmasında yeni texnologiyadan istifadə ediləcək

14-06-2017 14:54
Enerji resursların paylanmasında yeni texnologiyadan istifadə ediləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Regionda enerji resurslarının səmərəli paylanması prosesinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirlib.

Xeberler.az-ın məlumatına görə, institutun əməkdaşı  Əlövsət Əliyev müasir şəraitdə elektrik enerjisi resurslarının istehlakçı tələbatlarından asılı olaraq səmərəli paylanmasında İKT sistemlərinin tətbiqinin aktual və əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırıb.

Sonra məruzəni təqdim edən institutun dissertantı Maqsud Həsənzadə bildirib ki, hazırda müxtəlif iqtisadi və ictimai fəaliyyət sahələrində elektrik enerjisinə artan tələbat nəticəsində iqtisadi cəhətdən sərfəli olan qaynaqlardan enerji istesalına böyük önəm verilir. Bu məqsədlə elektrik istehsalı, onun paylanması, həmçinin ona olan tələbatın idarə olunması üzrə daha effektiv üsul və sistemlərin yaradılması üzərində işlər aparılır.

O, tədqiqat işində bəzi ölkələrdə elektrik enerjisi istehsalı və paylanmasını təmin edən ayrı-ayrı sistemlərin araşdırıldığını söyləyib. Qeyd edib, tədqiqatda istehlakçılar arasında elektrik enerjisinin paylanılması sahəsində müxtəlif ölkələrin elektrik enerjisi şirkətinin istifadə etdiyi üsullar öyrənilmiş və yeni istehlak idarəçiliyi üsulllarının istifadəsi ilə elektrik enerjisinin paylanılmasını təmin edən ağıllı sistemlər barədə məlumat verilib.

Onun sözlərinə görə, pərakəndə istehsalın inkişaf etdirilməsi şəbəkədə istifadə tutumunun və müxtəlif şəraitə dayanıqlılıq qabiliyyətinin artırılmasına ehtiyacın artmasına gətirib çıxarır. “Bu səbəbdən üsul, cihaz, avadanlıq və texnologiyalar elektrik şəbəkələrinin inkişafına əsaslanmalıdır”, – deyə bildirən məruzəçi şəbəkənin funksiyasına nəzarət və yükün yayımının analizi üçün metodların işlənilməsi zəruriliyini qeyd edib.

M.Həsənzadə regionda elektrik enerjisi sistemlərinin paylanması mexanizmini təhlil edərək elektrik enerjisini bölüşdürən şəbəkələr üçün kommunikasiya infrastrukturlarını şərh edib. Enerjiyə dinamik tələbatın  təyini, təklif və tələbə əsasən məlumat bazasının təşkili, enerji istehlakının idarə olunması haqqında da məlumat verib.

O, həmçinin elektrik enerjisi resurslarının paylanmasına əsasən ağıllı informasiya sistemlərinin mexanizm və modelinin simulasiyası, enerji paylama qaynaqlarına əsasən ağıllı məlumat sisteminin tətbiqi üsulu və enerji qaynaqlarının paylanması mexanizminin nəticələrinin analizi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda məruzəçi qeyd edib ki, bugünkü elektrik paylama sistemlərindən xeyli fərqlənən ağıllı şəbəkələrin hazırda mövcud olan sistemlərlə əvəzlənməsi uzun zaman tələb etsə də, bəzi texnologiyalar paylama sistemlərinin inkişafında effektiv rol oynayacaq.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

21-02-2023

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Azərbaycan alimlərindən ŞOK ixtira!!!

18-02-2009

Elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

21-02-2023

ABŞ elekrtiki kosmosdan almağı planlaşdırır

21-04-2009

Plazma televizorlarının satışı qadağan olunacaq

13-01-2009

Prezident Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

27-05-2025

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

03-10-2024

Azərbaycanda elektromobillərdən istifadə ediləcək

29-12-2016

İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

25-12-2009

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

15-05-2023

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

17-08-2018

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023

Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

19-07-2018

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018

Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

02-05-2015

Uşaqlara robotlarla oynamaq imkanı verən yeni layihə

06-05-2015

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə