Previous Next
Bağla

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013 13:33
Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib
Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafına dair yeni hesabat (Global Information Technology Report 2013) açıqlayıb. "Hiperbağlantılı dünyada iqtisadi artım və məşğulluq" adlı hesabatda dünyanın 144 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) də öz əksini tapıb. Azərbaycan reytinqdə ötənilki mövqeyini yaxşıladırıb və 4,11 bal toplayaraq 61-ci yerdən (ötən il indeks 142 ölkə üzrə tərtib olunub) 56-cı yerə yüksəlib.
DİF ekspertləri qeyd edilər ki, reytinqdə mövqeyi ildən-ilə yaxşılaşan Azərbaycan, bir sıra ölkələr kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialını anlayıb və iqtisadiyyatın şaxələndirilməsi üzərində çalışır. Respublikanın cəlbedici cəhətləri arasında İKT-infrastrukturun ildən-ilə yaxşılaşdırılması, o cümlədən internetin buraxılış qabiliyyəti və internet xidmətlərinə əlverişli çıxışın (İKT xidmətlərindən istifadə qiymətlərinə görə ölkə 20-ci yeri tutub) olması göstərilir.
Həmçinin analitiklər genişzolaqlı rabitə (53-cü yer) və genişzolaqlı mobil rabitə (50-ci yer) abunəçilərinin sayının artmasını vurğulayırlar. Dövlət dəstəyi və İKT-nin hökumət üçün əhəmiyyət kəsb etməsi də ölkənin üstün tərəfləri kimi qeyd edilib.
Bundan başqa, Azərbaycan internet istifadəçilərinin (ümumi reytinqdə 56-cı yer) sayına görə MDB və region ölkələri arasında liderlik mövqeyini də qoruyub, habelə 23 dünya ölkəsi ilə birlikdə əhalisini 100 faizlik mobil siqnalla əhatə edən ölkələrdən biri olub.
Hesabat tərtibçiləri innovasiya və sahibkarlığın stimullaşdırılmasının ölkədə iqtisadi və sosial proseslərə əlavə impuls verəcəyinə xüsusi diqqət yetirilər.
Ötən il olduğu kimi, Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkələr hesab ediliblər.
2002-ci ildən tərtib edilən reytinqdə bu il birinci yeri əvvəllər 3 il ardıcıl olaraq liderlik edən İsveçi (3-cü yer) qabaqlayan Finlandiya tutub. İkinci yerdə bir il əvvəl olduğu kimi Sinqapur qərarlaşıb. İlk onluqda Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Tayvan kimi ölkələr də yer alıb. 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya texnologiyalarının inkişafına görə 61-ci yerdəyik

05-04-2012

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

Azərbaycan genişzolaqlı internetin inkişafına görə MDB-nin lideridir

31-10-2014

Son 10 ildə internet istifadəçilərinin sayı 10 dəfə artıb

26-08-2013

İnformasiya texnologiyalarının inkişafı üzrə reytinq cədvəli

15-04-2011

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015

Azərbaycan dünyada İKT-nin inkişafı üzrə neçənci yerdədir?

16-11-2017

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009

Google Microsoft-u qabaqlayıb

28-06-2008

Azərbaycan mobil internetin orta sürətinə görə 1 pillə irəliləyib

16-11-2023

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

02-08-2023

AZƏRBAYCANIN NÖVBƏTİ UĞURU: Ölkəmiz genişzolaqlı internetin inkişafı sahəsində gördüyü işlər üzrə dünyanın bir sıra ölkələrini geridə qoyub

07-10-2013

Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

04-11-2013

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.20 Mbit/s təşkil edir

01-08-2013

“İKT ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib

09-02-2014

Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

22-09-2016

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib

17-10-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə