Ailə TV dünyanın istənilən yerində kabelsiz və antensiz, İP TV xidməti təqdim edib.
Xeberler.az-ın məlumatına görə, qoşulmaq üçün internet və Ailə TV Player cihazının olmaslı kifayətdir.
Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dək TV kanal izləmək olar. Bu TV kanalların bir-çoxu üçün, 3 günlük təkrar izləmə imkanı da var.
Yeni Ailə TV Player cihazı android 5.1 əməliyyat sistemində çalışır və sələfindən fərqli olaraq bir neçə üstünlüklərə malikdir.
Bu üstünlüklərdən 4K keyfiyyətli video görüntün dəstəklənməsi, iki dəfə daha artıq (8 GB flash yaddaşa və 4 usb çıxışa malik olması), SPIDF – ev kinoteatrı texnologiyasının dəstəklənməsi imkanlarını qeyd etmək olar. Yeni Ailə TV Player cihazları əvvəlkilərdən fərqli olaraq android tv interfeysinə uyğun hazırlanıb ki, bu da istifadəçilər üçün daha üstün komfortu və funksionallığı təmin edir.
Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları dünyanın hər yerində izləyə bilərlər. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlara bu xüsusilə əlverişli bir həll yoludur.
Ailə TV player-i Ailə TV filiallarından, Music Gallery, Kontakt Home və Maxi.Az elektronika mağazalarından əldə etmək olar. Eləcə də 012 920 qaynar xəttinə zəng edərək də sifariş vermək mümkündür.
Qiyməti 59 AZN olan Ailə TV Playerlə abunəçilər ilk 3 ay 200-dək TV kanalı PULSUZ izləyəcəklər. Daha sonra isə 200 TV kanal izləmək üçün aylıq abunə haqqı 10 AZN təşkil edir.
Abunə haqqlarını posterminallar, Ailə TV filialları və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında onlayn keçirmək mümkündür.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri