Ailə TV-dən yeni HD TV Resiver

25-01-2019 / 11:24

Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir.

Xeberler.az  bildirir ki, əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni Ailə TV HD resiveri 1080P Full Hd keyfiyyətində yayımı dəstəkləyir. Bundan əlavə yeni HD TV Resiver Dolby Digital kodekini dəstəkləməklə izləyicilərə daha üstün keyfiyyətdə səs effektlərini hiss etməyə imkan verir və daha az elektrik enerjisi sərf edərək daha qənaətli hesab olunur.

Ailə TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver abunəçilərə güzəştli şərtlərlə pulsuz verilir, sadəcə aylıq abunə müddətinin 6 ay müddətinə öncədən artırılması tələb olunur. Bununla da Ailə TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir. "Caspian Telecom" MMC şirkətinin brendi olaraq, Ailə TV kabel televiziyası gələcəkdədə öz abunəçilərinin məmnunluğu üçün müxtəlif aksiyaların təşkilini və yeni innovativ texnologiyaların tətbiqini planlaşdırır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.