Previous Next
Bağla

Alternativ enerji haqqında informasiyalar daha əlçatan olacaq

11-10-2016 13:23
 Alternativ enerji haqqında informasiyalar daha əlçatan olacaq

Bir müddət öncə alternativ enerji haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək üçün “Alternativ gələcəklə əlaqə'' layihəsi həyata keçirildi.

Layihənin əsas məqsədi də Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc olunmasına kömək göstərmək olub.

Xeberler.az olaraq layihə və gələcək istiqamətlər barədə “Alternativ gələcəklə əlaqə'' layihəsinin rəhbəri Məhbubə Musayeva ilə söhbət etdik.

Layihənin yaranmsı barədə məlumat verən Məhbubə xanım deyib ki, Qobustan səfəri zamanı yol kənarında olan günəş panelləri onun diqqətini çəkib və bunla bağlı aradşdırma aparmağa başlayıb:

“Bildiyimiz kimi, ənənəvi enerji formaları, əsasən də neftdən alınan enerji qlobal istiləşməyə rəvac verir və eyni zamanda, bunlar tükənən enerji mənbələri olduğuna görə bir gün tamamilə olmayacaq. Bu yaxınlarda həyata keçirdiyimiz “Alternativ Gələcəklə Əlaqə” layihəsinin məqsədi alternativ biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiyalar haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul verməkdir. Həmçinin də Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında mütəmadi olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir”.

Onun sözlərinə görə, layihə gözlənildiyindən də uğurlu olub:

“Layihə gözlədiyimizdən də maraqlı oldu. Xüsusi olaraq seçdiyimiz norveçli təlimçi Knut Erlend, Mersedes-Benz şirkətində çalışan azərbaycanlı alim Teymur Sadıqov və digər dəyərli təlimçilər maraqlı təqdimatları ilə layihənin uğurlu olmasında böyük rol oynadı. Eyni zamanda Suraxanı Güneş Elektrik stansiyasına baş tutan təlim səfərimiz əldə etdiyimiz biliklərin təkmilləşdirilməsində əhəmiyyətli oldu”.

 

Bu mövzunun mətbuatda işıqlandırılması məsələsinə gəlincə isə o, qeyd edib ki, bu sahədə informasiya dəstəyi yetərli deyil:

“Bu istiqamətdə işlər görülür, amma mətbuatda ətraflı işıqlandırılmadığı üçün geniş auditoriya toplaya bilmir. Bu da, alternativ enerjinin yeni sahə olması ilə bağlı ola bilər. İnanıram ki, gələcəkdə həyata keçirmək istdədiyimiz layihələr mediada geniş və mütəmadi işıqlandırılacaq. Bununla da daha çox insan məlumat ala biləcək”.

Məhbubə Musayeva layihəyə dəsətək verən qurum və təşkilatların da fəaliyyətini vurğulayıb:

“Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi VIII qrant müsabiqəsi zamanı qalib seçilmişdi. Yəni, fərdi layihədir. Bununla yanaşı, layihədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfdaş olaraq iştirak ediblər və Bakı Ali Neft Məktəbi (BANM) təşkilati dəstək göstərib. Onların yaxından dəstəyi ilə layihə uğurlu alındı”.

 

Bu layihənin gələcək davamlılığı və bölgələrdə də həyata keçirilməsinə gəlincə Məhbubə Musayeva deyib ki, hazırda bu istiqamətdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq edirlər:

“Bölgələrdə də bu layihəni davam etdirmək istəyirik. Sevindirici haldır ki, agentlik bu işdə bizə dəstək olmağa hazırdır. Məqsədimiz həm də bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına dəstək verməkdir.”

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

21-09-2016
“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

06-10-2016
“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

30-09-2016
Alternativ enerji sahəsində ən maraqlı ideya seçiləcək

Alternativ enerji sahəsində ən maraqlı ideya seçiləcək

29-03-2017
Şagirdlər Qobustanda günəş panelləri ilə tanış olub-Foto

Şagirdlər Qobustanda günəş panelləri ilə tanış olub-Foto

14-03-2017
Uşaqlara robotlarla oynamaq imkanı verən yeni layihə

Uşaqlara robotlarla oynamaq imkanı verən yeni layihə

06-05-2015
Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015
Alternativ enerji sahəsində ən maraqlı ideyalar seçilib

Alternativ enerji sahəsində ən maraqlı ideyalar seçilib

10-04-2017
Daha bir Dövlət Agentliyinin xidməti Portala  qoşulacaq

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015
İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

21-10-2015
Bu rezindən enerji əldə etmək mümkün olacaq

Bu rezindən enerji əldə etmək mümkün olacaq

19-05-2015
Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015
Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015
Prezident: “  Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018
“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

09-06-2020
“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026
Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017
Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

02-05-2015
BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023
Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

17-12-2015
Portala yeni xidmət inteqrasiya edilib

Portala yeni xidmət inteqrasiya edilib

13-12-2016
Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023
Anakonda enerjisindən istifadə ediləcək

Anakonda enerjisindən istifadə ediləcək

08-06-2009
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə