7 Noyabr tarixində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilib.
Xeberler.az bildirir ki, tədbir çərçivəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İKTA İdarə Heyətinin sədri Nail Mərdanov açılış nitqi ilə çıxış edərək, Azərbaycanın zəfər tarixindən bəhs edib. O bildirib ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin igidliyi sayəsində torpaqlarımız işğaldan azad olunub.
Natiq qeyd edib ki, bu gün azad edilən ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir və artıq minlərlə ailə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” proqramı çərçivəsində öz doğma yurdlarına köçüb.
Görüşdə həmçinin birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, eləcə də ailə üzvləri və yaxınları erməni işğalı nəticəsində məcburi köçkün düşmüş əməkdaşlar çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın milli qürurunu bərpa edib, gələcək nəsillərin bütöv və suveren Azərbaycanda yaşaması üçün möhkəm əsas yaradıb. Bu Zəfər yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionuna sülh və ədalət gətirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları