Gələn il “Tesla” şirkəti üçün ən çətin dövr olacaq.
Xeberler.az “Business Insider”ə istinadən məlumat verir ki, bu barədə şirkətin süni intellekt proqram təminatı üzrə vitse-prezidenti Aşok Ellusvami “Optimus” avtopilot və robot inkişafı şöbələrinin əməkdaşları ilə görüşündə bildirib.
Ellusvami vurğulayıb ki, məqsədlərə çatmaq üçün əməkdaşlar əvvəlkindən daha çox çalışmalıdır. “Tesla” işçilərinə “Optimus” robotlarının kütləvi istehsalına başlamaq və “Robotaxi” xidmətini genişləndirmək üçün müddət verib. Şirkətin rəhbəri İlon Mask əmindir ki, bu iki istiqamət onun üçün prioritet hesab olunur.
Bu ilin sonuna qədər “Tesla” robotaksi xidmətini 10 böyük şəhərdə tətbiq etmək niyyətindədir. 2026-cı ilin sonuna qədər isə “Optimus” robotunun kütləvi istehsalına başlamaq planlaşdırılır.
Avtopilot inkişaf şöbəsi “Optimus” yaradıcıları ilə eyni ofisi bölüşür. O, digər mühəndislik şöbələrindən ayrıdır, onun təşkilati strukturu isə gizli saxlanılır. Şöbənin əməkdaşlarının uzunmüddətli iş günü və Maskla həftəlik görüşləri var.
Ellusvami sələfi Milan Kovaçın istefasından sonra “Optimus”da rəhbər vəzifəni tutub. Ovaxtdan bəri kameralar robot naviqasiyası üçün əsas vasitəyə çevrilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları