“AMB kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir”

17-05-2018 / 11:46

"Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta ilə bağlı konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır".

Xeberler.az bildirir ki, bunu AMB sədrinin birinci müavini Alim Quliyev deyib. 

"Krioptovalyuta ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ölkələrdə konservativ yanaşma var. Bəzi aparıcı ölkələrdə isə kriptovalyutaya aydın münasibət yoxdur, rəqəmsal pulların əmtəə kimi formalaşması tam başa çatmayıb. AMB də bu istiqamətdə konservativ yanaşma sərgiləyir, bu proseslərin risklərini araşdırır", - o qeyd edib. 

A.Quliyevin sözlərinə görə, kibertəhlükəsizilik məsələsi də diqqətdə saxlanılmalıdır: "Kiber hücumlar maliyyə sistemində boşluqlar olduğunu göstərir. Bu baxımdan texnoloji inqilabların maliyyə sisteminə zərər vurmasının qarşısını alacaq qabaqlayıcı rejimdə tədbirlər görülməsi də vacibdir". (Report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə