Telefon danışıqlarınızı gizlədə biləcəksiniz

30-04-2015 / 21:55

Ağıllı telefonların bir çox məsələlərdə köməyimizə çatır. Bunun üçün müxtəlif tətbiqlər mövcuddur. Belə tətbiqlərə biri də əlavə olunub. Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Android telefonlara əlavə edilən bu tədbiq vasitəsilə telefon danışıqlarını qeyd etmək mümkün olacaq.

Bu tətbiq vasitəsilə istədiyiniz telefon danışığını qeyd edib, hansını gizlədəcəyinizi seçə bilərsiniz. Qeyd etdiyiniz danışıqları dinləyə, qeydlər əlavə edə və paylaşa bilərsiniz.  Google Drive və Dropbox ilə inteqrasiya, zənglərin ayrıca saxlanılması və uyğunlaşdırılması kimi əlavə xüsusiyyətlərə malikdir.

Danışıqları qeyd etmək üçün 3 versiya mümkündür:

Hər şeyi qeyd et - Bunun vasitəsilə bütün danışıqlar qeydə alınır

Hər şeyi rədd et- Bu versiyada əvvəlcədən qeyd edilmiş insanlardan başqa heç bir zəng yazılmır

Rəhbəri rədd et - Burada isə Rəhbərdə olmayan insanların zəngləri qeyd edilir.

Proqramı isə bu linkdən yükləyə bilərsiz : Səs qeydedici


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə