Apple, Macbooklara Face ID texnologiyasını gətirir

28-07-2020 / 10:02

Apple ilk dəfə 2017-ci ildə təqdim etdiyi və iPhone X cihazında istifadə etdiyi FaceID texnologiyası indi Mac cihazlarına da gətirir. MacOS Big Sur beta-da, Face ID texnologyasının Mac cihazlarına gəldiyini göstərən kod parçaları aşkarlandı.

Xeberler.az bildirir ki, Apple, mobil cihazlarında istifadə etdiyi FaceID sisteminin əhatə dairəsini genişləndirir. MacOS Big Sur beta-nın son versiyasında Apple-ın FaceID-ni Mac cihazlarına gətirməyi planlaşdırdığı görülür. Tapılan kod parçası, üz kilidini açma xüsusiyyətinin Mac cihazlarında tez bir zamanda gələcəyini göstərir.

Texnologiya nəhəngi ilk olaraq FaceID texnologiyasını iPhone X cihazındakı istifadəçilərinə təqdim etdi. O zaman layihənin daxili adı “PearlCamera” iOS yeniləməsində idi. Bu dəfə tərtibatçılar macOS Big Sur 3rd Developer Beta-da “PearlCamera” istinadına rast gəldilər.

FaceID Mac’a gəlir

Fossbytes-dəki xəbərə görə, MacOS-un beta versiyasında PearlCamera ilə yanaşı, “FaceDetect” və “BioCapture” kimi kodlar tapılıb. Adından göründüyü kimi, bunlar Apple-ın MacBook-da üz kilidi üzərində işlədiyini göstərir. Bununla birlikdə, layihə erkən mərhələdədir və FaceID xüsusiyyətinin MacBook istifadəçiləri üçün əlçatan olması üçün müəyyən vaxt tələb oluna bilər.

Əlbəttə ki, FaceID xüsusiyyəti ilə MacBook’lar təhlükəsizlik mövzusunda bir addım irəli gedəcəklər. MacBook Air və MacBook Pro cihazlarında artıq klaviaturada quraşdırılmış TouchID sistemi mövcuddur. iMac-da quraşdırılmış klaviatura olmadığından, FaceID zəruri təhlükəsizlik həlli ola bilər.

Bəs siz FaceID texnologiyasının Mac cihazlarına gəlməsi barədə nə düşünürsünüz? Mac cihazları üçün belə bir şeyin lazım olduğunu düşünürsünüz? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə