Apple bəzi oyunların yüklənməsinə qadağa qoyub

27-06-2015 / 18:52

Apple şirkəti iOS əməliyyat sisteminin rəsmi mağazası olan App Store-dan yüklənilə biləcək bəzi oyunlara qadağa qoyub.

Xəbərlər-in Report-a istinadən verdiyi məlumata görə, həmin oyunlar məzmununda Konfederasiya Bayrağını əks etdirən ABŞ istehsalı müharibə oyunlarıdır.

Bu qərarın səbəbi isə Konfederasiya Bayrağının ABŞ xalqının əksəriyyəti tərəfindən irqçilik və köləliyin simvolu olaraq qəbul olunmasıdır. 

Apple-ın bu qərarı Gettysburg və Civil War kimi məşhur oyunlara ciddi təsir etməklə yanaşı, bəzi firmaların etirazına da səbəb olub. Oyunlarının irqçiliklə heç bir əlaqəsi olmadığını deyən Game Labs səlahiyyətlisi Maksim Zasov (Maxim Zasov) ABŞ məktəblərində müəllimlərin dərs vaxtı vətəndaş müharibəsini şagirdlərə anlatmaq üçün bu oyunlardan istifadə etdiklərini və bu qərarın düzgün olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Walmart, Amazon, Etsy və eBay kimi beynəlxalq alış-veriş saytları Konfederasiya Bayrağı olan məhsulları satışdan çıxarıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə